Türkiyə Tunisə 51 ədəd “Kirpi” zirehli döyüş maşınları tədarük edəcək

2021/06/kirpi-1624647724.jpg
Oxunub: 869     12:23     26 İyun 2021    
Türkiyə ordusunu “Kirpi”, “Vuran” və “Amazon” kimi zirehli döyüş maşınları ilə təchiz edən BMC şirkəti xarici müştərilərə də zirehli texnika tədarük edir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şirkət Tunisə yeni zirehli maşınlar tədarük etmək üçün bu ölkənin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən şirkət Tunis ordusuna 46 ədəd 4x4 təkər formuluna malik “Kirpi”nin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını və 5 ədəd təcili yardım versiyasını tədarük edəcək. Müqavilənin ümumi dəyəri barədə məlumat verilməyib.

BMC ötən il Tunis ordusuna 46 ədəd “Kirpi” MRAP-ları təhvil verib. Yeni müqavilə ilə tədarüklər həyata keçirildikdən sonra Tunis Türkiyədən sonra bu maşınlara ən çox sahib olan ikinci ölkə olacaq.

“Kirpi” nəqliyyat vasitələri şəxsi heyət, silah-sursatın etibarlı və sürətlə daşınması, manevr faktorlarına fəal və davamlı müharibə xidmət dəstəyinin təmin olunması, klassik hərbi əməliyyatlarla yanaşı mina və əl istehsalı partlayıcı təhdidlərinin olduğu terorrizmlə mübarizə, sülhü dəstəkləmə və sərhədlərə hərbçilərin daşınması kimi funksiyaları icra edə bilir.

Türkiyə Tunisin silah tədarükçülərindən biridir. Bundan əvvəl Ankara bu ölkəyə “Anka-S” zərbə PUA-ları tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Tunis  

Türkiyə Tunisə 51 ədəd “Kirpi” zirehli döyüş maşınları tədarük edəcək

2021/06/kirpi-1624647724.jpg
Oxunub: 870     12:23     26 İyun 2021    

Bizi "telegram"da izləyin