Malidə hücum nəticəsində BMT sülhməramlılarının 15 üzvü yaralanıb

2021/06/000_1-1624622938.jpg
Oxunub: 431     16:01     25 İyun 2021    
Malidə partlayıcı yüklü avtomobillə Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına hücum edilib.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki sülhməramlı missiyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində BMT sülhməramlılarından 15-i yaralanıb.

Hücum Malinin şimalında yerləşən, İŞİD və "əl-Qaidə" kimi terror təşkilatlarının aktiv olduğu Qao ərazisində həyata keçirilib.

Yaralıların ərazidən evakuasiya edildiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Almaniya Müdafiə Nazirliyi yaralananlardan bir neçəsinin Almaniya ordusunun hərbi qulluqçusu olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Mali  


Malidə hücum nəticəsində BMT sülhməramlılarının 15 üzvü yaralanıb

2021/06/000_1-1624622938.jpg
Oxunub: 432     16:01     25 İyun 2021    
Malidə partlayıcı yüklü avtomobillə Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına hücum edilib.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Malidəki sülhməramlı missiyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində BMT sülhməramlılarından 15-i yaralanıb.

Hücum Malinin şimalında yerləşən, İŞİD və "əl-Qaidə" kimi terror təşkilatlarının aktiv olduğu Qao ərazisində həyata keçirilib.

Yaralıların ərazidən evakuasiya edildiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Almaniya Müdafiə Nazirliyi yaralananlardan bir neçəsinin Almaniya ordusunun hərbi qulluqçusu olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Mali  


Bizi "telegram"da izləyin