Yəmən üzərində ABŞ istehsalı PUA vurulub, Vaşinqton inkar edir

2021/06/mil-S-1624603781.jpg
Oxunub: 478     15:48     25 İyun 2021    
Yəməndəki “Husi” qiyamçıları Mərib şəhəri üzərində iki PUA vurduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, fotolarda vurulan PUA-lardan birinin Vaşinqtonda yerləşən “Boeing” şirkətinin törəməsi olan “İnsitu” tərəfindən istehsal edilən “Scan Eagle” olduğu görünür.

Qiyamçılar PUA-ların ABŞ ordusuna məxsus olduğunu iddia edir.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Karen Roksberri məlumatı təkzib edib. O, Yəmən üzərində ABŞ Ordusuna məxsus hər hansı hava vasitəsinin uçmadığını və hərbçilərinin Məribin qiyamçılardan qorunmasında iştirak etmədiyini bildirib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi əvvələr Yəmən üzərində PUA-lar uçurub və qiyamçılara zərbələr endirib. Amma qiyamçılar tərəfindən vurulan son PUA-ların hansı hökumətə məxsus olduğu aydın deyil.

Təxminən 3 milyon dollar dəyərində olan “Scan Eagle” 20 saatdan çox uçuş müddətinə malikdir və aşağı hündürlükdə uçaraq müşahidə əməliyyatları apara bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   ABŞ  


Yəmən üzərində ABŞ istehsalı PUA vurulub, Vaşinqton inkar edir

2021/06/mil-S-1624603781.jpg
Oxunub: 479     15:48     25 İyun 2021    
Yəməndəki “Husi” qiyamçıları Mərib şəhəri üzərində iki PUA vurduqlarını bildiriblər.

Ordu.az xəbər verir ki, fotolarda vurulan PUA-lardan birinin Vaşinqtonda yerləşən “Boeing” şirkətinin törəməsi olan “İnsitu” tərəfindən istehsal edilən “Scan Eagle” olduğu görünür.

Qiyamçılar PUA-ların ABŞ ordusuna məxsus olduğunu iddia edir.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Karen Roksberri məlumatı təkzib edib. O, Yəmən üzərində ABŞ Ordusuna məxsus hər hansı hava vasitəsinin uçmadığını və hərbçilərinin Məribin qiyamçılardan qorunmasında iştirak etmədiyini bildirib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi əvvələr Yəmən üzərində PUA-lar uçurub və qiyamçılara zərbələr endirib. Amma qiyamçılar tərəfindən vurulan son PUA-ların hansı hökumətə məxsus olduğu aydın deyil.

Təxminən 3 milyon dollar dəyərində olan “Scan Eagle” 20 saatdan çox uçuş müddətinə malikdir və aşağı hündürlükdə uçaraq müşahidə əməliyyatları apara bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   ABŞ  


Bizi "telegram"da izləyin