Almaniya parlamenti 6-cı nəsil qırıcının inkişafı üçün 4.5 milyard vəsaitin ayrılmasına razılıq verib

2021/06/10496-1624603341.jpg
Oxunub: 630     16:50     25 İyun 2021    
Almaniya parlamentinin büdcə komitəsi 6-cı nəsil döyüş təyyarəsinin inkişafı üçün 4.5 milyard avro vəsaitin ayrılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya parlamentindəki bir mənbə “Reuters” agentliyinə məlumat verib.

Ayrılan vəsait layihə çərçivəsində 2021-2027-ci illəri əhatə edən tədqiqat fəaliyyətlərinə sərf ediləcək. Bu müddət ərzində layihə iştirakçıları Fransanın “Dassault Aviation” şirkətinin himayəsi altında inşa edilmiş nümunə təyyarə ilə müntəzəm sınaq uçuşlarına başlamaq istəyirlər.

Almaniyanın proqramın yeddi “sütunu” və ilk prototip təyyarənin inkişafı üzrə tədqiqat xərclərindəki payı 3.3 milyard avro təşkil edir.

FCAS layihəsində Fransanın “Dassault”, Almaniyanın “Airbus Defence and Space”, İspaniyanın “Indra” şirkətləri iştirak edir.

Layihə çərçivəsində müxtəlif növ PUA-lar tərəfindən dəstəklənəcək və inkişaf etmiş rabitə infrastrukturu ilə birləşdiriləcək yeni nəsil döyüş təyyarəsinin istehsalı planlaşdırılır. İstehsal ediləcək təyyarələr Almaniyanın “Eurofighter” və Fransanın “Rafale” döyüş təyyarələrini 2040-cı ildən etibarən əvəz edəcək.

Təxmini dəyəri 100 milyard avrodan çox olan təyyarə Avropanın ən böyük müdafiə layihəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   FCAS  


Almaniya parlamenti 6-cı nəsil qırıcının inkişafı üçün 4.5 milyard vəsaitin ayrılmasına razılıq verib

2021/06/10496-1624603341.jpg
Oxunub: 631     16:50     25 İyun 2021    
Almaniya parlamentinin büdcə komitəsi 6-cı nəsil döyüş təyyarəsinin inkişafı üçün 4.5 milyard avro vəsaitin ayrılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya parlamentindəki bir mənbə “Reuters” agentliyinə məlumat verib.

Ayrılan vəsait layihə çərçivəsində 2021-2027-ci illəri əhatə edən tədqiqat fəaliyyətlərinə sərf ediləcək. Bu müddət ərzində layihə iştirakçıları Fransanın “Dassault Aviation” şirkətinin himayəsi altında inşa edilmiş nümunə təyyarə ilə müntəzəm sınaq uçuşlarına başlamaq istəyirlər.

Almaniyanın proqramın yeddi “sütunu” və ilk prototip təyyarənin inkişafı üzrə tədqiqat xərclərindəki payı 3.3 milyard avro təşkil edir.

FCAS layihəsində Fransanın “Dassault”, Almaniyanın “Airbus Defence and Space”, İspaniyanın “Indra” şirkətləri iştirak edir.

Layihə çərçivəsində müxtəlif növ PUA-lar tərəfindən dəstəklənəcək və inkişaf etmiş rabitə infrastrukturu ilə birləşdiriləcək yeni nəsil döyüş təyyarəsinin istehsalı planlaşdırılır. İstehsal ediləcək təyyarələr Almaniyanın “Eurofighter” və Fransanın “Rafale” döyüş təyyarələrini 2040-cı ildən etibarən əvəz edəcək.

Təxmini dəyəri 100 milyard avrodan çox olan təyyarə Avropanın ən böyük müdafiə layihəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   FCAS  


Bizi "telegram"da izləyin