Ukrayna “Neptun” raketlərinin quru versiyasını Çexiya istehsalı şassiyə quraşdıracaq

2021/06/11a60-1624603222.jpg
Oxunub: 613     17:10     25 İyun 2021    
Ukrayna “Neptun” gəmi əleyhinə raket kompleksinin quru versiyasının (sahil mühafizə raket kompleksi) şassisini tamamilə dəyişdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Defence Ekspress” nəşri yazıb.

Kiyev raketləri “KrAZ” yük maşınları əvəzinə Çexiya istehsalı “Tatra” şassilərində quraşdıracaq.

Ölkənin yerli müəssisələri tərəfindən istehsal edilən “Neptun” raketlərinin təxminən 300 kilometr mənzili olduğu bildirilir. Təxminən 150 kiloqram döyüş başlığı daşıyan raketin sürəti 900 kilometr/saatdır. Ukrayna 2025-ci ilədək 3 “Neptun” alayı yaratmağı hədəfləyir. Sözügedən bölmələr Azov dənizi və Qara dənizin qorunması üçün istifadə ediləcək.

Raketlərin Türkiyədən alınan yeni döyüş gəmilərinə də quraşdırılması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Neptun  


Ukrayna “Neptun” raketlərinin quru versiyasını Çexiya istehsalı şassiyə quraşdıracaq

2021/06/11a60-1624603222.jpg
Oxunub: 614     17:10     25 İyun 2021    
Ukrayna “Neptun” gəmi əleyhinə raket kompleksinin quru versiyasının (sahil mühafizə raket kompleksi) şassisini tamamilə dəyişdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın “Defence Ekspress” nəşri yazıb.

Kiyev raketləri “KrAZ” yük maşınları əvəzinə Çexiya istehsalı “Tatra” şassilərində quraşdıracaq.

Ölkənin yerli müəssisələri tərəfindən istehsal edilən “Neptun” raketlərinin təxminən 300 kilometr mənzili olduğu bildirilir. Təxminən 150 kiloqram döyüş başlığı daşıyan raketin sürəti 900 kilometr/saatdır. Ukrayna 2025-ci ilədək 3 “Neptun” alayı yaratmağı hədəfləyir. Sözügedən bölmələr Azov dənizi və Qara dənizin qorunması üçün istifadə ediləcək.

Raketlərin Türkiyədən alınan yeni döyüş gəmilərinə də quraşdırılması nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Neptun  


Bizi "telegram"da izləyin