Bayden administrasiyası Filippinə F-16 qırıcılarının satılmasına razılıq verib

2020/07/DC2NU-1594703502.jpg
Oxunub: 547     11:12     25 İyun 2021    
ABŞ Dövlət Departamenti Filippinə 2,43 milyard dollar dəyərində F-16 "Block 70/72” döyüş təyyarəsi və digər hərbi vasitələrin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Müqaviləyə “AIM-9X Sidewinder Block II” (42,4 milyon dollaradək) və “AGM -84L-1 Haroon Block II” (120 milyon dollaradək) raketlərinin tədarükü də daxildir.

ABŞ-ın xarici siyasət idarəsi tərəfindən də təsdiqlənmiş bu müqavilələrin icrasına rəsmi qaydada icazə verilib. Amerika administrasiyası artıq ABŞ Konqresini də qərar barədə məlumatlandırıb. Hazırda ABŞ qanunverici orqanının yeni müqavilələri incələməsi və onların mümkün bloklanması üçün 30 gün vaxtı var.

ABŞ Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bayden administrasiyası Filippinə F-16 qırıcılarının satılmasına razılıq verib

2020/07/DC2NU-1594703502.jpg
Oxunub: 548     11:12     25 İyun 2021    
ABŞ Dövlət Departamenti Filippinə 2,43 milyard dollar dəyərində F-16 "Block 70/72” döyüş təyyarəsi və digər hərbi vasitələrin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Müqaviləyə “AIM-9X Sidewinder Block II” (42,4 milyon dollaradək) və “AGM -84L-1 Haroon Block II” (120 milyon dollaradək) raketlərinin tədarükü də daxildir.

ABŞ-ın xarici siyasət idarəsi tərəfindən də təsdiqlənmiş bu müqavilələrin icrasına rəsmi qaydada icazə verilib. Amerika administrasiyası artıq ABŞ Konqresini də qərar barədə məlumatlandırıb. Hazırda ABŞ qanunverici orqanının yeni müqavilələri incələməsi və onların mümkün bloklanması üçün 30 gün vaxtı var.

ABŞ Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin  


Bizi "telegram"da izləyin