Efiopiyada aviazərbələr nəticəsində ölənlərin sayı artıb

2020/11/a172b-1605326841.jpg
Oxunub: 475     19:55     24 İyun 2021    
Efiopiyanın Tiqray bölgəsində dünən baş verən aviahücum nəticəsində ölənlərin sayı 64 nəfərə, yaralıların sayı isə 180 nəfərədək yüksəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ana və uşaq sağlamlığına dair yerli administrasiyanın müşaviri Mulu Atsbaha hava zərbəsinin bölgənin inzibati mərkəzi Mekele şəhərinin 30 km şimal-qərbindəki Toqoqa qəsəbəsinin bazarına endirildiyini bildirib.

Efiopiya ordusunun sözçüsü Getnet Adane hücum faktını təsdiqləsə də, hədəfdə üsyançı dəstələrin olduğunu, ölən və yaralıların “mülki geyimli yaraqlılar” olması ehtimalını dilə gətirib.

Şahidlər və səhiyyə işçiləri isə hava hücumunun bazarda alverin pik saatlarında həyata keçirildiyini, ölən və yaralılar arasında uşaqlar da olduğunu deyirlər.

BMT hava hücumuna dair təhqiqat aparmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   HHQ  


Efiopiyada aviazərbələr nəticəsində ölənlərin sayı artıb

2020/11/a172b-1605326841.jpg
Oxunub: 476     19:55     24 İyun 2021    
Efiopiyanın Tiqray bölgəsində dünən baş verən aviahücum nəticəsində ölənlərin sayı 64 nəfərə, yaralıların sayı isə 180 nəfərədək yüksəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ana və uşaq sağlamlığına dair yerli administrasiyanın müşaviri Mulu Atsbaha hava zərbəsinin bölgənin inzibati mərkəzi Mekele şəhərinin 30 km şimal-qərbindəki Toqoqa qəsəbəsinin bazarına endirildiyini bildirib.

Efiopiya ordusunun sözçüsü Getnet Adane hücum faktını təsdiqləsə də, hədəfdə üsyançı dəstələrin olduğunu, ölən və yaralıların “mülki geyimli yaraqlılar” olması ehtimalını dilə gətirib.

Şahidlər və səhiyyə işçiləri isə hava hücumunun bazarda alverin pik saatlarında həyata keçirildiyini, ölən və yaralılar arasında uşaqlar da olduğunu deyirlər.

BMT hava hücumuna dair təhqiqat aparmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   HHQ  


Bizi "telegram"da izləyin