Putinlə Paşinyan Qarabağ razılaşmalarının icrasını müzakirə ediblər

2021/04/asfas-1617864028.jpg
Oxunub: 760     19:36     24 İyun 2021    
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutan telefon söhbətində Qarabağla bağlı razılaşmaların icrasına da toxunulub.

Ordu.az xəbər verir ki, Kremlin saytında verilən məlumata görə, Rusiya lideri Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Putinlə Paşinyan Qarabağ razılaşmalarının icrasını müzakirə ediblər

2021/04/asfas-1617864028.jpg
Oxunub: 761     19:36     24 İyun 2021    
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutan telefon söhbətində Qarabağla bağlı razılaşmaların icrasına da toxunulub.

Ordu.az xəbər verir ki, Kremlin saytında verilən məlumata görə, Rusiya lideri Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək”, - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin