53 əfqan sərhədçi Özbəkistan ərazisinə keçib

2019/08/78323-1566992302.jpg
Oxunub: 688     18:57     24 İyun 2021    
23 iyun 2021-ci ildə Əfqanıstan Sərhəd Qoşunlarının 53 hərbçisi Şortepa rayonu ərazisində Özbəkistan ərazisinə keçib.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Özbəkistan Əfqanıstanla həmsərhəd şimal əyalətlər daxil olmaqla hərbi-siyasi vəziyyətin inkişafını yaxından izləyir: “Qonşu ölkədə şiddətin artması son dərəcə narahatedicidır. Koronavirus pandemiyasının yeni dalğası fonunda gərginliyin artması əfqan xalqının həyatını çətinləşdirir. Münaqişədə iştirak edən bütün tərəfləri güc tətbiq etməkdən çəkinməyə və mülki insan itkilərinin qarşısını almağa çağırırıq".

Qeyd edilir ki, lazımi istintaq hərəkətləri həyata keçirildikdən sonra Əfqanıstan vətəndaşları vətənlərinə qaytarılıb.

XİN Özbəkistan ərazisinə qanunsuz daxil olmaq cəhdlərinin qətiyyətlə yatırılacağını və dövlət sərhədini pozanlara qarşı ən sərt tədbirlərin görüləcəyini vurğulayıb.

Bundan əlavə, Xarici İşlər Nazirliyi Özbəkistan hökumətinin ölkədə həyata keçirilməsinə kömək edəcək böyük enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi yolu ilə qardaş əfqan xalqına hərtərəfli iqtisadi və humanitar dəstək verməyə davam edəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Sərhəd   Özbəkistan  

53 əfqan sərhədçi Özbəkistan ərazisinə keçib

2019/08/78323-1566992302.jpg
Oxunub: 689     18:57     24 İyun 2021    

Bizi "telegram"da izləyin