Paşinyan məsələsində Putinin qərarı

2020/11/16064-1606450589.jpg
Oxunub: 690     17:55     24 İyun 2021    
Ermənistanda baş tutmuş növbədənkənar parlament seçkilərindən iki gün sonra Rusiya prezidenti Vladimir Putin hakim “Vətəndaş Müqaviləsi” partiyasını və onun rəhbərini qələbə münasibətilə təbrik etməyə tələsmir.

Ordu.az xəbər verir ki, bu barədə “168 jam” nəşri yazıb.

İyunun 21-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun seçkilərdə Paşinyanın partiyasının inandırıcı qələbəsinə şahid olduqlarını söyləməsinə və seçki münasibətilə erməni xalqını təbrik etməsinə baxmayaraq, Lukaşenko istisna olmaqla AİB tərəfdaşları da Paşinyanı təbrik etməyə tələsmirlər.

“İnandırıcı” qələbə fonunda Rusiya prezidenti tərəfindən rəsmi təbrik teleqramının yoxluğu ən azından anlaşılmazdır, halbuki Qərb strukturları və ölkələri - ABŞ Dövlət Departamenti, Litva prezidenti, Gürcüstan Baş naziri və Avropa Şurasının sədri bir-birlərinə növbə verməyərək Paşinyanı təbrik edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Paşinyan məsələsində Putinin qərarı

2020/11/16064-1606450589.jpg
Oxunub: 691     17:55     24 İyun 2021    

Bizi "telegram"da izləyin