Rusiya hərbi gəmiləri minatəmizləyən robotlarla təchiz edilə bilər

2021/06/merk--1624518105.jpg
Oxunub: 452     14:26     24 İyun 2021    
Rusiya donanmasının “Proyekt 20380” korvetləri sualtı minaları məhv etmək üçün minatəmizləyən robotlarla təchiz edilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Hazırda Rusiya donanması gəmilərin robotlarla təchiz edilməsini müzakirə edir.

Rus korvetlərinin “Diamant” robot sistemi ilə təchiz ediləcəyi, bunun sayəsində təkcə mina təmizlənmə deyil, həm də dənizdə işləmənin mümkün olacağı güman edilir.

“Diamant” sistemi 100 metrədək dərinlikdə işləyən xüsusi sualtı robotlar, hidroakustik cihazlar və maqnitometrlər olan iki qayıqdan ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Robot  


Rusiya hərbi gəmiləri minatəmizləyən robotlarla təchiz edilə bilər

2021/06/merk--1624518105.jpg
Oxunub: 453     14:26     24 İyun 2021    
Rusiya donanmasının “Proyekt 20380” korvetləri sualtı minaları məhv etmək üçün minatəmizləyən robotlarla təchiz edilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Hazırda Rusiya donanması gəmilərin robotlarla təchiz edilməsini müzakirə edir.

Rus korvetlərinin “Diamant” robot sistemi ilə təchiz ediləcəyi, bunun sayəsində təkcə mina təmizlənmə deyil, həm də dənizdə işləmənin mümkün olacağı güman edilir.

“Diamant” sistemi 100 metrədək dərinlikdə işləyən xüsusi sualtı robotlar, hidroakustik cihazlar və maqnitometrlər olan iki qayıqdan ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Robot  


Bizi "telegram"da izləyin