Minsk qrupu həmsədrləri əvəzinə rus sərhədçilər? - Paşinyanın təklifinin aqibəti

2021/03/22-1614850526.jpg
Oxunub: 2272     15:15     23 İyun 2021    
Ermənistanın Qeğarkunik vilayətinin başçısı bildirib ki, yaxın zamanlarda Ermənistan-Azərbaycan sərhədinin Qeğarkunik sektorunda rus sərhədçilər yerləşdiriləcək, Ermənistan-Azərbaycan qüvvələri isə sərhədlər məsələsində üçtərəfli müzakirələri davam etdirərək sərhəd mübahisəsinin həll edilməsi kontekstində güzgü məntiqi ilə geri çəkiləcəklər.

Erməni vilayət rəisinin bəyanatı Ermənistanın Baş naziri vəzifəsinin müvəqqəti əvəzedicisi Nikol Paşinyanın daha öncə verdiyi təkliflə bağlı suallar yaradır. Bir neçə həftə bundan öncə Nikol Paşinyan Zod-Xəzinəvar sektorundakı sərhəd problemini Minsk qrupunun həmsədr ölkələrinin müşahidəçilərinin cəlb olunması ilə həll etməyi, Ermənistan-Azərbaycan qüvvələrini bərabər şəkildə geri çəkməyi və müşahidəçilərin işləyəcəyi müəyyən bir bufer zona yaratmağı təklif etmişdi.

Bu bəyanatın məzmunu özlüyündə dəqiqləşdirməyə ehtiyac duyan detallarla bağlı bir sıra suallar yaradırdı, lakin ümumi olaraq təklifin siyasi məntiqi anlaşılan idi. Üstəlik, Nikol Paşinyan iyunun əvvəlində Fransaya səfər edərək bildirib ki, Fransa prezidenti Makron onun təklifinə razılıq verir. ABŞ Dövlət Departamenti də bəyan etmişdi ki, Ermənistan və Azərbaycan arasındakı sərhəd probleminin həlli prosesinə kömək etməyə hazırdır.

İndi Qeğarkunik vilayətinin rəisi bildirir ki, güzgü geriçəkilməsi olacaq, belə demək mümkünsə, azad edilən ərazidə isə rus sülhməramlılar dayanacaqlar. Sual yaranır ki, söhbət Qeğarkunik vilayətinin hansı sektorundan gedir? Əslində bu o deməkdir ki, Minsk qrupunun həmsədr ölkələrinin müşahidəçiləri əvəzinə Ermənistanda rus sərhədçilər mexanizmi fəaliyyət göstərəcək.

Məsələ burasındadır ki, bu sualın cavabı da Ermənistan Baş nazirinin təklifinin aqibəti ilə əlaqədar məsələnin siyasi konteksti baxımından suallar doğurur. Bunun faktiki olaraq Rusiyanın “inhisar”ını şübhə altında qoyacağını nəzərə almaqla şübhəsizdir ki, Rusiya bu təklifi çətinlik qəbul edəcəkdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Sərhəd  

Minsk qrupu həmsədrləri əvəzinə rus sərhədçilər? - Paşinyanın təklifinin aqibəti

2021/03/22-1614850526.jpg
Oxunub: 2273     15:15     23 İyun 2021    

Bizi "telegram"da izləyin