Ermənistanda Avroatlantik diskurs böhran içindədir

2020/08/15846-1598078990.jpg
Oxunub: 332     13:15     24 İyun 2021    
Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi göstərdi ki, Avroatlantik siyasi istiqamət məsələsində Ermənistanın daxili siyasi sahəsində olduqca ciddi bir böhran var.

Hansısa bir mənada bu hal Nikol Paşinyanın başçılıq etdiyi qüvvənin verdiyi səslərdə də ifadə olunub, xüsusən də nəzərə alaq ki, onun əsas rəqibləri əslində sözün əsl mənasında lazımsız ədabazlıq olmadan Rusiyanı təmsil edirdilər. Lakin ümumi olaraq Rusiyanın əvəzlənməsi üçün deyil, həyati bir tarazlıq üçün çox vacib olan Avroatlantik istiqamətinin böhran içində olduğu göz qabağındadır.

Buradakı əsas səbəblər dərindən araşdırmaya ehtiyac duyur, lakin ilk nəticələri bəlkə də artıq bu gün çıxarmaq mümkündür. Üstəlik də bunlarla bağlı keçmişdə də müşahidələr aparılıb.

Məsələ burasındadır ki, Ermənistanda həddindən artıq rusiyayönümlülük yanaşmalarına paralel olaraq, Avroatlantik istiqamət və ya məzmun da həddindən artıq yanaşmalara və qiymətləndirmələrə məruz qalıb, bunun nəticəsində isə bu sahədə mövqe tutmuş və erməni siyasətinin balanslaşdırılmasının vacib məsələlərinə toxunanan qüvvələrin bir hissəsinin ifratçılıqlardan kənar qalmasına baxmayaraq, istiqamət özlüyündə tam irrasionallıq işığının altına düşüb.

Eyni zamanda, sahədəki bu olduqca həssas reallıqlar Avroatlantik “diskurs”u irrasionallaşdırmağı bacarıb, beləliklə bütün arealda ona zərbə vurub. Bu mənada bu sahədə fəaliyyət göstərən balanslaşdırılmış qüvvələr üçün əsas məsələ “diskurs”u qeyri-ekstremizmləşdirməkdir.

Əlbəttə, burada onların problemi ikitərəfli olaraq mürəkkəbdir, çünki təkcə rus propaqandasının hücumlarını yox, həmçinin ekstremist Avroatlantik propaqandasının qeyri-konstruktiv və irrasional təsirini tarazlaşdırmaq lazımdır, ekstremist Avroatlantik propaqandasının qeyri-konstruktiv və irrasional təsiri tez-tez rus propanqandası ilə eyni mənbələrdən, sadəcə olaraq əks tərəfdən qidalandırılır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda Avroatlantik diskurs böhran içindədir

2020/08/15846-1598078990.jpg
Oxunub: 333     13:15     24 İyun 2021    

Bizi "telegram"da izləyin