Mavi Vətən: Türkiyə HDQ-nin sürətli inkişafı qlobal yüklüdür

2021/06/11-1624440630.jpg
Oxunub: 4650     16:25     23 İyun 2021    
İki il öncə 27 Fevral - 8 Mart tarixləri arasında Türkiyə Hərbi Dəniz Qüvvələri “Mavi Vətən” adlı kütləvi təlimlər keçirdi. Türkiyə ordusu respublika tarixində ilk dəfə olaraq Qara, Egey və Aralıq dənizdə döyüş qabiliyyətlərini sınadı. “Mavi Vətən” sadəcə təlim kod adı deyil, önümüzdəki on ildə Ankaranın siyasi-hərbi gündəmini ortaya qoyan geosiyasi konsepsiyadır.

Yeni geosiyasi konsepsiya

Mavi Vətən üçtərəfli əsasda mərkəzləşib. Birincisi, konsepsiyanın güclü proyeksiya aspekti mövcuddur. Bu, Türkiyənin Afrika və Körfəz boynuzu boyunca inkişaf etməkdə olan ekspedisiya duruşu ilə birləşərək milli maraqlarını inkişaf etmiş bir təsir zonasında həyata keçirməyi hədəfləyir. İkincisi, bu anlayış Türkiyə Hərbi Dəniz Qüvvələri üçün enerji geosiyasi rəqabətində, məcburiyyət səylərində və dəniz diplomatiyasında daha aktiv rol oynayır. Üçüncüsü və nəhayət, konsepsiyanın davamlılığı Türkiyənin yerli müdafiə sənayesindəki yüksəliş trendinin qorunub saxlanmasından asılıdır.

Dəniz gücü “Mavi Vətən”in mərkəzində qalır. Türkiyə Hərbi Dəniz Qüvvələri getikdcə güclənən güc proyeksiya imkanları ilə mavi su aktivinə çevrilir. Şübhəsiz, amfibiya hücum gəmisi (İspaniyanın “I Juan Carlos Carlos” LHD-yə əsaslanan TCG “Anadolu”) Ankaranın gəmini mini avidaşıyıcı kimi idarə etmək planları ilə birlikdə ən kritik layihədir. Qeyd edək ki, Türkiyə rəhbərliyi F-35A-ya əlavə olaraq dəniz aviasiya hava qanadı yaratmaq üçün qısa qalxış və şaquli eniş (STOVL) təyyarələri (F-35B) satın almaq niyyətində idi.

“TCG Anadolu” gəmisi harada yerləşməsindən asılı olmayaraq (istər Qara dəniz, istər Aralıq dəniz) Ankaraya geniş seçim imkanı və güclü siyasi güc gətirəcək. Bundan əlavə, o da əhəmiyyətli dəniz diplomatiyası varlığı ola bilər.

Əlbəttə ki, hücum gəmisini mini aviadaşıyıcı kimi idarə etmək üçün cəsarətli qərar bahalı qiymətə başa gəlir. Birincisi, Ankara ən azı iki növ gəmi vasitəsilə davamlı bir fırlanma qabiliyyəti təmin etməli və bir dəniz hava qanadı qurmalı olacaq. Bu sinifdəki hər hansı güc proyeksiya gəmisi ən müasir logistika infrastrukturu tələb edəcək. Bundan əlavə, aviadaşıyıcı əlavə döyüş gəmiləri qrupu ilə müşayiət olunmalıdır. Həmçinin TCG “Anadolu” kimi bir gəmiyə sahib olmaq Türkiyənin müdafiə planlaşdırıcılarını hava hücumundan müdafiə üçün freqat inkişaf etdirmə səylərini sürətləndirməlidir.

Mini aviadaşıyıcıdan layihəsindən başqa, Türkiyə Donanması yüksək səviyyəli platformalar almağa davam edir. Yerli MILGEM layihəsi çərçivəsində inşa edilən “Ada” snfinə məxsus korvetlər Türkiyə müdafiə sənayesinin mövcud vəziyyətini göstərən qabiliyyətli döyüş gəmiləridir. Sinifin dördüncü gəmisi “TCG Kinaliada” 2017-ci ildə istifadəyə verilib. Dəniz Qüvvələri arsenalına həqiqi təkan verəcək “Reis” sinfinə məxsus sualtı qayıqlar almağa başlayacaq. Yerli olaraq hazırlanan “Atmaca” gəmi əleyhinə raketlər tezliklə əsas gəmilərə quraşdırılacaq. Raketlərin kütləvi istehsal müqaviləsi 2018-ci ilin noyabrında imzalanıb. Raket 200 km mənzilə malikdir və inkişaf etmiş naviqasiya sistemlərindən istifadə edir. 2019-cu ilin fevral ayında Türkiyə “TCG Ufuk” gəmisini istifadəyə verdi. Gəminin inkişaf etmiş siqnal kəşfiyyatı və radioelektron döyüş varlığı olduğuna inanılır. Prezident Rəcəb Tayyib Ərdoğan təqdimat mərasimindəki çıxışında onu “Türkiyənin dənizlərdə gözü və qulağı” kimi qələmə verdi.

Türkiyə Hərbi Dəniz Qüvvələri, həmçinin ölkənin PUA-larından da istifadə edir. Türkiyə donanmasının arsenalında ANKA və “Bayraktar TB-2” PUA-ları mövcuddur.

Türkiyənin sərtləşdirilmiş amfibiya döyüş bölmələri də diqqətə layiqdir. Türkiyə hərbi planlaşdırıcıları bir neçə dəfə bu bölmələri yüksək döyüş hazırlığında saxlamaq üçün aktiv münaqişə bölgələrində yerləşdirib. Dəniz Qüvvələrinin xüsusi əməliyyat qrupları (SAS və SAT komandoları) “Fərat Qalxanı” əməliyyatı və “Zeytun Budağı” Əməliyyatında şiddətli mübarizə apardılar. Açıq mənbəli dəlillər Suriyadakı sərhədyanı əməliyyatlarda Amfibiya Dəniz Briqadası taborlarından olan dəstələrin də iştirak etdiyini göstərir.

Ümumilikdə, Türkiyə yalnız dəniz sularını qorumaq üçün deyil, həm də ölkənin dəniz rabitə xətlərini (SloC) qorumaq və güc proyeksiya qabiliyyətini inkişaf etdirmək üçün dəniz qabiliyyətlərinə böyük sərmayə yatırır. Bu səbəbdən “Mavi Vətən” təlimləri Türkiyə Donanmasının yaxşılaşdırılmış dünyagörüşünü və digər qollarla ortaq əməliyyat gücünü izləmək üçün yaxşı bir fürsət təqdim edir.

Türkiyənin hərbi gücü və regional strateji məqsədləri

Son onilliklərə nəzər salsaq, Ankara regional strateji işlərlə məşğul olarkən ilk dəfə hərbi vasitələri vurğulayır. Məsələn, 1990-cı illərin sonlarında Türkiyənin regional müdafiə və təhlükəsizlik siyasətindəki əsas rəhbərliyi “iki yarım müharibə” anlayışı və “aktiv çəkindirmə” hərbi strateji konsepsiyası idi. Bu çərçivədə Ankara, ölkə daxilində və sərhədləri aşaraq geniş miqyaslı terrorizmə qarşı əməliyyatları eyni vaxtda aparmağı bacarırdı. Təhlükə Hafiz Əsəd rejiminin PKK terrorizmini vəkalət müharibəsi aləti olaraq istifadə etməsi və Egey dənizində Yunanıstanla yaşanan gərginlilə bağlı idi. Yəqin ki, o dövrdə Türkiyə strateji konsepsiyasının ən gözəçarpan və uğurlu nəticəsi 1998-ci ildə Dəməşqdə “Baas” rejimini sistemli terrorizmə sponsorluq etməkdən çəkindirmək üçün edilən məcburi kampaniya idi.

2010-cu illərin sonundan etibarən “Mavi Vətən” konsepsiyası açıq üstünlüklərə malikdir. Hər şeydən əvvəl, qətiyyətlə inkişaf edən müdafiə sənayesi tərəfindən dəstəklənir. Bundan əlavə, döyüşlərdə qabiliyyəti sübut olunan avtonom sistemlərin Türkiyə ordusunun əməliyyat konsepsiyasına daxil edilməsi birgə əməliyyatlarda kritik irəliləyiş və güc qazandıran aspektdir. Hərbi Dəniz Qüvvələri, digər ənənəvi silahlı qüvvələrdən fərqli olaraq, sülh şəraitində həqiqətən təsirli diplomatik varlıqdır. Ümumiyyətlə, Türkiyənin hərbi-siyasi strateqlərinin yaxın illərdə dəniz seçimlərindən daha intensiv istifadə edəcəkləri nəzərə çarpır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Mavi-Vətən   PUA  

Mavi Vətən: Türkiyə HDQ-nin sürətli inkişafı qlobal yüklüdür

2021/06/11-1624440630.jpg
Oxunub: 4651     16:25     23 İyun 2021    

Bizi "telegram"da izləyin