Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

2021/06/cf2e6-1624366336.jpg
Oxunub: 418     16:33     22 İyun 2021    
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən Ordu.az-a bildiirlib ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib. Hərbi prokuror qeyd edib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir.

X.Vəliyev həmçinin bildirib ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı X.Vəliyev deyib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin edib. Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən X.Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdi. Vətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

Ədliyyə general-leytenantı X.Vəliyev həmçinin söyləyib ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olub, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təmin ediliblər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olub. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür.

Ədliyyə general-leytenantı X.Vəliyev vurğulayıb ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək deyib ki, Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyyatda olan polkovnik Abdulla Qurbani Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edib. Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə öz dərin minnətdarlığını bildirib.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edilib, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparılıb və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-Prokurorluq  

Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

2021/06/cf2e6-1624366336.jpg
Oxunub: 419     16:33     22 İyun 2021    

Bizi "telegram"da izləyin