Üstünlük, yoxsa zəmanətli ikinci zərbə? - Nüvə pariteti

2021/06/56-1624621687.jpg
Oxunub: 634     16:42     25 İyun 2021    
Nüvə pariteti rəqib olan super dövlətlərin (və onların müttəfiqlərinin), strateji nüvə qüvvələri üzrə müqayisə oluna bilən imkanlara malik olduğu bir vəziyyətdir. Fövqəldövlətlərin həm nüvə komponentli silahlı qüvvələrə, həm də strateji paritetə sahib olduğu halda bu konsepsiya hərbi-strateji paritet də adlandırıla bilər. Anlayışlar müxtəlif dövrlərdə nüvə güclərinin hərbi doktrinalarında bir qədər fərqli şəkildə əks olunsa da, bu soyuq müharibənin əsasını təşkil edirdi və müvafiq olaraq XX əsrin ikinci yarısındakı dünya siyasətinə çox uyğun gəlirdi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ SSRİ-yə mümkün zərbə üçün intensiv şəkildə nüvə qüvvələri yaratmaq qərarına gəldi. ABŞ prezidenti Duayt Eyzenhauer bu yanaşmanı "kütləvi qisas" adlandırdı. Lakin tezliklə hər iki tərəfdə arsenalın inkişafı və çatdırılma üsulları elə bir həddə çatdı ki, yeni doktrina tələb olundu.

Hərbi-siyasi konsepsiya kimi "Nüvə pariteti"nin beynəlxalq səviyyədə qəbul edilməsi, ilk növbədə XX əsrin 80-ci illərində SSRİ və ABŞ-ın nüvə arsenalları arasındakı əlaqəni xarakterizə etmək məqsədi daşıyırdı.

Qarşılıqlı zəmanətli məhvetmə - nüvə çəkindirməsi

ABŞ-ın yeni doktrinası Con Neş və Tomas Şellinqin nəzəriyyə, əməkdaşlıq və münaqişə sahəsindəki araşdırmaları nəticəsində ortaya çıxdı. 1960-cı illərdə ABŞ Müdafiə Naziri Robert Maknamara, özündə ABŞ-ın ilk nüvə zərbəsindən sonra SSRİ-yə əhəmiyyətli zərər vura bilməsini əks etdirən "zəmanətli məhvetmə" terminindən istifadə etdi. Sonradan strategiyanın digər məqamlarını əks etdirən "qarşılıqlı zəmanətli məhvetmə" və "nüvə çəkindirməsi" anlayışları ortaya çıxdı: hər bir münaqişə tərəfi müvəffəqiyyətli ilk zərbədən sonra dağıdıcı cavab zərbəsinin qaçılmaz olduğunu anladığı üçün açıq qarşıdurmaya gedə bilməzdilər, çünki bu hər iki tərəfin zəmanətli məhv edilməsi demək idi.

Hər iki güc tərəfindən qəbul edilən bu yanaşma, XX əsrdə baş verə biləcək nüvə müharibəsinin və əksər nüvə qarşıdurmalarının qarşısını aldı. Bu yanaşmada çatışmazlıqlar ABŞ-ın nüvə qüvvələrinin əhəmiyyətli dərəcədə artması zamanı meydana çıxan Karib Böhranı, habelə bir sıra saxta raket hucumundan xəbərdarlıq sisteminin yanlışlıqla işə düşməsi zamanı ortaya çıxdı.

Soyuq müharibənin sonunda nüvə qüvvələrinin kəmiyyətcə azaldılmasına dair bir sıra sazişlər qəbul edildi və həyata keçirildi, lakin son vaxtlara qədər ABŞ və Rusiya potensialı qarşılıqlı məhvetmə üçün hələ də kifayət qədərdir. 2009-cu ildə quraşdırma üçün hazır və artıq daşıyıcılarda yerləşdirilən nüvə başlıqlarının sayı ABŞ-da 9600, Rusiyada isə 12683 ədəd idi.

ABŞ-ın Müasir Doktrinası

Hazırda Birləşmiş Ştatlar yalnız pariteti deyil, həm də onun gələcəkdə belə əldə edilməsini istisna edən və potensial rəqiblər üzərində mütləq hərbi üstünlüyü təmin edən nüvə doktrinasını qəbul edib və onu fəal şəkildə davam etdirir. Corc Buş administrasiyası tərəfindən 2002-ci ildə qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında yazılıb:

"Güclü rəqiblərimizi Birləşmiş Ştatların gücünə bərabərləşmək və ya onu üstələmək ümidi ilə silahlarını artırmamağa inandırmaq üçün Silahlı Qüvvələrimizi kifayət qədər təchiz edəcəyik".

2002-ci ildə ABŞ, silah yarışını məhdudlaşdırmaq üçün 1972-ci ildə qəbul edilən Raket Əleyhinə Müdafiə sistemlərinin məhdudlaşdırılması sazişindən çıxdı. Bəzi ABŞ ekspertləri, bahalı müasir raketdən müdafiə sistemlərinin ilk zərbədən qoruya bilməyəcəyini və buna görə də zəif qisas zərbəsindən müdafiə kimi ABŞ üçün faydalı ola biləcəyini qeyd edirlər.

ABŞ-ın son milli təhlükəsizlik strategiyası Barak Obama hökuməti tərəfindən 2010-cu ilin may ayında dərc edilib.

SSRİ və Rusiya

SSRİ-də rəsmi olaraq silah yarışının başlanğıcından etibarən nüvə qüvvələrinin inkişafı ABŞ-ın təcavüzünün qarşısını almaq zərurəti kimi izah edilib.

Nüvə pariteti

Nüvə silahının yaranmasından bəri, SSRİ ABŞ-la müqayisə olunan nüvə qüvvələrini inkişaf etdirməyə çalışdı. 29 avqust 1949-cu ildə SSRİ ikinci olaraq nüvə, 12 avqust 1953-cü ildə birinci olaraq hidrogen bombasını sınaqdan keçirdi. Xeyli səydən sonra, təxminən 1970-ci illərin ortalarında paritet əldə edildi. "Nüvə pariteti" termini əsasən SSRİ-də yayıldı, çünki ABŞ doktrinalarında ya üstünlük, ya da zəmanətli ikinci zərbə ifadəsi vurğulanırdı.

Silahsızlanma və ağlabatan kifayətlilik

Silahların tədricən inkişafı və ordunun kəmiyyətcə azaldılması ilə, xüsusilə nüvə paritetinə nail olduqdan sonra SSRİ-də "silahsızlaşdırma uğrunda mübarizə" rəsmi mövqe kimi qəbul edildi. Pariteti qorumaqla nüvə silahının inkişafını məhdudlaşdıran bir sıra əsas beynəlxalq müqavilələr qəbul edildi, bunlara aşağıdakılar aiddir:

- Nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilə (1963);
- Nüvə silahlarının yayılmaması haqqında müqavilə (1969);
- Raket Əleyhinə Müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə (1972);
- Strateji silah sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə (1979);
- Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə (1987):
- Strateji hücum silahlarının ləğvi haqqında SHS-1 müqaviləsi (1991).

SSRİ-nin dağılmasından sonra Rusiya və ABŞ-ın arsenalını kəmiyyətcə məhdudlaşdıran bir sıra əlavə müqavilələr bağlandı, bunlara aşağıdakılar aiddir:

- SHS-2 (1993, qüvvəyə minmədi);
- Strateji hücum potensialının azaldılması müqaviləsi (2002);
- SHS-3 (2010).

Rusiyanın müasir doktrinası

21 aprel 2000-ci ildə qəbul edilən "Rusiya Federasiyasının Hərbi Doktrinası" rəsmi sənədində aşağıdakı müddəalar mövcuddur:

Rusiya "ona və (və ya) müttəfiqlərinə qarşı təcavüzdən çəkindirmək (qarşısını almaq) üçün nüvə gücü statusunu qoruyur"; "Nüvə silahının ikitərəfli əsasda daha da azaldılmasına ... strateji sabitliyin tələblərinə cavab verən minimum səviyyələrə endirilməsinə hazırdır".

Rusiya Müdafiə Nazirliyinin şərhləri göstərir ki, "çəkindirmə mümkün təcavüzün hədəflərinə çatmasını şübhə altına alacaq qədər ölçüdə zərərin vurulmasını təmin edəcək gücə əsaslanacaq".

Digər dövlətlər

"Nüvə pariteti" anlayışı əsasən SSRİ/Rusiya, ABŞ-a və onların müttəfiqlərinə aiddir. Bu günə qədər heç bir ölkənin nüvə arsenalı, Rusiya və ABŞ-ın ehtiyatları ilə müqayisə edilə bilməz. Qalan nüvə gücləri dövri olaraq nüvə qabiliyyətlərini məhdud regional səviyyədə siyasi məqsədlər üçün təbliğ edirlər.

Rusiya və ABŞ-dan sonra xeyli zəif olsa da, ən güclü nüvə dövləti, təxminən 500 nüvə başlığına malik və nüvə arsenalını aktiv şəkildə genişləndirən Çindir.

Hindistan, Pakistan, İngiltərə, Fransa və KXDR kimi digər dövlətlərin kiçik bir nüvə ehtiyatı mövcuddur və onu çox inkişaf etdirmirlər. İsrail nüvə silahını əhəmiyyətli dərəcədə inkişaf etdirir, lakin miqdarı ilə bağlı bütün məlumat gizlidir.

Əsas faktlar

Dünyadakı nüvə arsenallarının 90%-dən çoxu Rusiya və ABŞ-da yerləşir. BBC-nin məlumatına görə, 2016-cı ilin sentyabr ayında Rusiyada 1796, ABŞ-da 1367 strateji nüvə başlığı olub. Ən azı 100 ABŞ nüvə başlığı Moskvaya yönəldilib. QABR uçuşunun kreyser sürəti saatda 20 min km-dir (23 Max); uçuş yer atmosferindən kənarda baş verir. hədəfə enmə 6 km/s-dən yüksək sürətlə baş verir. Rusiyadan ABŞ-a yerüstü QABR-ın uçuş müddəti 25-30 dəqiqə arasındadır. Sualtı raketlər üçün uçuş müddəti əhəmiyyətli dərəcədə az, 12 dəqiqəyə qədər ola bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nüvə-poriteti  

Üstünlük, yoxsa zəmanətli ikinci zərbə? - Nüvə pariteti

2021/06/56-1624621687.jpg
Oxunub: 635     16:42     25 İyun 2021    

Bizi "telegram"da izləyin