O, hələ də dünyada ən böyük çəkindirici gücdür - KQS-in bel sütununa baxış (III YAZI)

2021/06/8908-6498139580.jpg
Oxunub: 527     16:26     24 İyun 2021    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Nüvə silahları bioloji və kimyəvi silahlar ilə birlikdə kütləvi qırğın silahlarına aiddir. Nüvə sursatı, ağır nüvələrin uçquna bənzər zəncirli parçalanma reaksiyası və ya yüngül nüvələrin termonüvə sintezi nəticəsində buraxılan nüvə enerjisini istifadə edən partlayıcı qurğudur.

Müharibədən sonrakı nüvə silahının inkişafı

İyul 1946. Birləşmiş Ştatlar Bikini Atollu üzərində "Kəsişmə" əməliyyatı çərçivəsində bəşər tarixində 4 və 5-ci atom partlayışlarını həyata keçirdi.

1948-ci ilin yazında amerikalılar "Qum Daşı" əməliyyatı keçirdilər. Buna hazırlıqlar 1947-ci ilin yayında başladı. Əməliyyat zamanı 3 qabaqcıl atom bombası sınaqdan keçirildi.

29 avqust 1949-cu ildə SSRİ ABŞ-ın nüvə inhisarına son qoyaraq RDS-1 atom bombasını sınaqdan keçirdi.

1951-ci ilin yanvarın sonu - fevral ayının əvvəlində ABŞ Nevadada nüvə poliqonu açdı və orada 5 nüvə partlayışından ibarət "Ranger" əməliyyatını həyata keçirdi.

1951-ci ilin aprel-may aylarında ABŞ "Parnik" əməliyyatını keçirdi.

1951-ci ilin oktyabrında Nevada təlim poliqonunda "Buster Jungle" əməliyyatı, DOG partlayışı zamanı isə "Desert Rok I" hərbi təlimləri keçirildi.

1 noyabr 1952-ci ildə ABŞ Enivetok Atollunda megaton sinifli "Ivy Mike" termonüvə cihazının ilk sınağını keçirdi. 1953-cü ildə SSRİ ilk termonüvə bombasını sınaqdan keçirdi.

1 mart 1954-cü ildə Bikini Atollunda "Castle Bravo" sınaqlarında ABŞ-ın ən böyük və ən güclü nüvə silahı yoxlanıldı. Partlayış gücü 15 meqatona çatdı, bu isə hesablanandan 2.5 dəfə yüksək idi. Partlayış Yaponiyanın Fukuru-Maru balıqçılıq gəmisi ilə qarşıdurmaya səbəb olmuşdu. Bu partlayış nüvə silahının ictimaiyyət tərəfəndən qavranılmasında ciddi dönüş yaratdı.

1954-cü ilin sentyabrında SSRİ marşal Q.K.Jukovun komandanlığı ilə standart taktiki nüvə sursatlarından istifadə edərək Totski poliqonunda, məqsədi nüvə sursatlarının döyüş istifadəsi və nüvə partlayışının zərərli təsirlərinə qarşı müdafiə taktikasının öyrənilməsi olan eksperimental hərbi təlimlər keçirdi. Hərbi personal partlayışın episentrindən keçirildi.

1961-ci ilin oktyabrında SSRİ tarixin ən güclü termonüvə yükü olan "Çar Bombası"nı sınaqdan keçirdi.

Nüvə klubu

"Nüvə Klubu" bir qrup nüvə ölkəsi üçün istifadə edilən qeyri-rəsmi termindir. Bura ABŞ (1945), SSRİ/Rusiya (1949), Böyük Britaniya (1952), Fransa (1960), Çin (1964), Hindistan (1974), Pakistan (1998) və Şimali Koreya (2006) daxildir. İsrailin də nüvə silahına sahib olduğu hesab edilir.

ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin "köhnə" nüvə gücləri "nüvə beşliyi" adlanır, yəni Nüvə Silahlarının Yayılmaması Sazişinə əsasən "legitim" nüvə gücləri hesab edilən dövlətlərdir. Nüvə silahına sahib qalan ölkələrə "gənc" nüvə gücləri deyilir.

Bundan əlavə, NATO üzvü olan bir neçə dövlətin və digər müttəfiq ölkələrin ərazisində ABŞ-ın nüvə silahları mövcuddur və ya mövcud ola bilər. Bəzi ekspertlər müəyyən şərtlərdə bu ölkələrin həmin silahlardan istifadə edə biləcəyinə inanırlar.

Bikini Atollu 1954-cü il, termonüvə bomba sınağı, partlayış gücü 11 Mt, bunun 7 Mt-u temperin uran-238-i parçalanmasından ayrıldı

Birləşmiş Ştatlar 16 iyul 1945-ci ildə gücü 20 kiloton olan ilk nüvə partlayışını həyata keçirdi. 1945-ci ilin 6 və 9 avqust tarixlərində, müvafiq olaraq, Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə nüvə bombaları atıldı. Termonüvə cihazının ilk sınağı 1952-ci il noyabrın 1-də Envetok Atollunda keçirildi.

SSRİ isə 29 avqust 1949-cu ildə Semipalatinsk poliqonunda 22 kilotonluq ilk nüvə silahını sınaqdan keçirdi. SSRİ-də ilk termonüvə bombasının sınağı isə 12 avqust 1953-cü ildə eyni yerdə gerçəkləşdirildi. Rusiya Sovet İttifaqının nüvə arsenalının yeganə beynəlxalq səviyyədə tanınan varisidir.

Böyük Britaniya 3 oktyabr 1952-ci ildə Monte Bello adaları bölgəsində (Avstraliyanın şimal-qərbində) təxminən 25 kilotonluq ilk yerüstü nüvə partlayışını keçirdi. Termonüvə sınağı isə ilk dəfə 15 May 1957-ci ildə Polineziyadakı Milad adasında baş tutdu.

Fransa ilk yerüstü sınağını 13 fevral 1960-cı ildə Əlcəzairdəki Reggan oazisində 20 kilotonluq bir nüvə yükü ilə həyata keçirdi. Termonüvə sınağı isə 24 avqust 1968-ci ildə Mururoa Atollunda baş tutdu.

Çin 16 oktyabr 1964-cü ildə Lobnor gölü ərazisində 20 kilotonluq nüvə bombasını partlatdı. 17 iyun 1967-ci ildə isə termonüvə bombası sınaqdan keçirildi.

Hindistan ilk 20 kilotonluq nüvə sınağını 18 may 1974-cü ildə Racastandakı Pokharan təlim poliqonunda keçirdi, lakin rəsmi olaraq özünü nüvə silahının sahibi olaraq tanımadı. Bu, yalnız 11-13 may 1998-ci ildə Pokharan təlim poliqonunda beş nüvə partlayıcı qurğunun, o cümlədən 32 kilotonluq termonüvə bombasının yeraltı sınaqlarından sonra baş verdi.

Pakistan 28 və 30 may 1998-ci il tarixlərində Bəlucistan əyalətindəki Çagai Hills sınaq poliqonunda, 1974 və 1998-ci illərdəki Hindistanın nüvə sınaqlarına simmetrik cavab olaraq altı nüvə silahının yeraltı sınağını keçirdi.

2005-ci ilin ortalarında KXDR nüvə silahını yaratdığını elan etdi və 9 oktyabr 2006-cı il tarixində təqribən 1 kilotonluq (yəqin ki, natamam enerji ayrılmasına malik bir partlayış olub) ilk sınağını, 25 may 2009-cu ildə isə təxminən 12 kiloton gücə malik ikinci nüvə bombasının yeraltı sınağını keçirdi. 12 fevral 2013-cü ildə 6-7 kilotonluq bomba sınaqdan keçirildi. 6 yanvar 2016-cı ildə KXDR-in rəsmi xəbərlərinə görə, termonüvə bombası sınaqdan keçirilib. 3 sentyabr 2017-ci ildə partlayış gücü təxminən 100 kiloton olan QABR sınaqları aparıldı.

İsrail nüvə silahı barədə məlumatları şərh etmir, lakin bütün ekspertlərin yekdil rəyinə görə 1960-cı illərin sonları-1970-ci illərin əvvəllərindən yəhudilər nüvə başlıqlarını özləri istehsal edirlər.

Cənubi Afrika da kiçik bir nüvə arsenalına sahib idi, lakin 1990-cı illərin əvvəllərində aparteid rejiminin süqutu zamanı altı nüvə silahının hamısı könüllü olaraq məhv edildi. 1979-cu ildə Cənubi Afrika Respublikasının Buve adalarında özünün və ya İsrail ilə birlikdə nüvə sınaqları keçirdiyinə inanılır. Cənubi Afrika nüvə silahını müstəqil şəkildə inkişaf etdirən və onlardan könüllü olaraq imtina edən yeganə ölkədir.

SSRİ-nin nüvə silahlarının bir hissəsinin yerləşdiyi Ukrayna, Belarus və Qazaxıstan, 1992-ci ildə Lissabon Protokolunun imzalanmasından sonra qeyri-nüvə silahı ölkələri elan edildi və bütün nüvə silahlarını 1994-1996-cı illərdə Rusiya Federasiyasına təhvil verdilər.

Müxtəlif səbəblərə görə İsveç, Braziliya, Argentina və Liviya nüvə proqramlarından müxtəlif mərhələlərdə könüllü olaraq imtina ediblər. Bu proqramların heç biri tamamlanmayıb. İsrail hərbi qüvvəsinin təzyiqi ilə İraqın nüvə proqramına məcburi olaraq son verilib. Müxtəlif illərdə daha bir neçə ölkənin nüvə silahı inkişaf etdirə biləcəyi şübhə altında olub. Hazırda öz nüvə silahını yaratmağa ən yaxın İranın (bununla belə, hələ də nüvə silahı yoxdur) olduğu güman edilir. Bir çox mütəxəssisin fikrincə, nüvə silahına sahib olmayan bəzi ölkələr (məsələn, Yaponiya və Almaniya), elmi və istehsal imkanlarına görə, siyasi qərar verildikdən və maliyyələşmədən qısa müddət sonra onu yarada bilərlər. Yaponiyada silah dərəcəli plutoniumun əhəmiyyətli ehtiyatları da mövcuddur.

Tarixən nasist Almaniyasının nüvə silahının ikinci, hətta birinci sahibi olmaq potensialı mövcud idi, lakin "Uran layihəsi" bəzi səbəblərə görə Üçüncü Reyxin məğlub edilməsindən öncə tamamlana bilmədi.

Nüvə silahlarının məhdudlaşdırılması

Nüvə silahının törətdiyi təhdidlərin bəşəriyyətə və sivilizasiyaya əhəmiyyətinin dərk edilməsi, onların yayılması və istifadəsi riskinin minimuma endirilməsi niyyəti bir sıra beynəlxalq tədbirlərin həyata keçirilməsinə səbəb oldu.

Bu tədbirlərə baxmayaraq 2018-ci il üçün ABŞ-da 6800, Rusiyada 7000, Böyük Britaniya 215, Fransada 300, Çində 240-dan 10000-ə qədər, İsraildə 80, Hindistanda 110, Pakistanda 120, KXDR-də 35 ədəd aktiv nüvə silahının hələ də qaldığı ehtimal edilir.

Yayılmama prinsipi

Nüvə silahının qurulmasının fiziki prinsipləri hər kəsə açıq şəkildə məlumdur. Müxtəlif növ yüklərin hazırlanmasının ümumi prinsipləri sirr deyil. Bununla birlikdə, yüklərin səmərəliliyini artırmaq üçün xüsusi texnoloji həllər, döyüş sursatının dizaynı, tələb olunan xüsusiyyətlərə malik materialların istehsal üsulları əksər hallarda ictimaiyyətə açıq deyil.

Nüvə silahının yayılmaması prinsipinin əsasını, elmi və sənaye vəzifələrinin miqyasından irəli gələn inkişafın mürəkkəbliyi və yüksək dəyəri təşkil edir. Parçalanan materialların alınması; uran zənginləşdirmə zavodlarının və silah dərəcəli plutonium istehsal edən reaktorların inkişafı, tikintisi və istismarı; yüklərin sınaqları; alim və mütəxəssislərin geniş miqyaslı təlimləri; sursat çatdırılması vasitələrinin inkişafı və qurulması; xeyli müddət davam edən bu fəaliyyətləri gizlətmək demək olar ki, mümkün deyil. Buna görə nüvə texnologiyası olan ölkələr silah, silah komponentləri və silah yaratmaq üçün material və avadanlıqların nəzarətsiz yayılmasını qadağan etmək barədə razılığa gəldilər.

Nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilə

Yayılmama prinsipi çərçivəsində nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilə imzalanıb.

SSRİ-ABŞ və Rusiya-ABŞ müqavilələri

Silahların yayılmasını məhdudlaşdırmaq, onların təsadüfən istifadəsi təhlükəsini azaltmaq və nüvə bərabərliyini qorumaq üçün SSRİ və ABŞ müqavilələr şəklində hazırlanan bir sıra sazişlər hazırlayıblar:

1972 və 1979-cu illərdə Strateji Silahların Məhdudlaşdırılması müqavilələri (SSM-I və SSM-II);

Raket Əleyhinə Müdafiə sistemlərinin məhdudlaşdırılması müqaviləsi (1972);

Orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilə (1987);

Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında bir sıra digər müqavilələr (SHS-I (1991), SHS-II (1993), SNP (2002) və SHS-III (2010) də mövcuddur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nüvə-silahı  

O, hələ də dünyada ən böyük çəkindirici gücdür - KQS-in bel sütununa baxış (III YAZI)

2021/06/8908-6498139580.jpg
Oxunub: 528     16:26     24 İyun 2021    

Bizi "telegram"da izləyin