Lavrovun pıçıltıları və Şuşa Bəyannaməsinin ilk çiçəyi – Vətən Müharibəsi regiondakı bütün planları alt-üst etdi

2021/05/111-1622198527.jpg
Oxunub: 2057     17:09     22 İyun 2021    
Türkiyə prezidentinin Azərbaycanda hərbi baza qurmaq imkanı haqqında bəyanatı Moskva üçün diqqətdən kənarda qalmayıb. Ancaq Kreml fərqli açıqlama versə də, Rusiya Xarici İşlər naziri “şayiə”ləri şərh etmədiklərini söyləyir. Halbuki bu “şayiə”lərin müəllifi konkret olaraq Türkiyə prezidentidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankaranın Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinin mümkünlüyü haqqında bəyanatını şərh edərək deyib ki, Rusiya sərhədləri yaxınlığında NATO ölkələrinin hərbi obyektlərinin yerləşdirilməsi Moskva üçün xüsusi diqqətəlayiqdir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə tərəfindən imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının mümkünlüyünü bildirmişdi. Ərdoğan onu da əlavə etmişdi ki, yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Peskov Putinin Ərdoğanla mümkün görüşü haqqında danışmayıb, əvəzində jurnalistlərə deyib: “Sərhədlərimiz yaxınlığında ittifaqın üzv ölkələrinin hərbi infrastrukturunun genişlənməsi bizim üçün xüsusi diqqət fürsətidir, eləcə də təhlükəsizliyimizin və maraqlarımızın təmin edilməsi üçün zəruri addımlar atılmasına səbəb olur”.

Halbuki Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda Türkiyə hərbi bazalarının mümkün yaradılması haqqında məlumatı şərh etməkdən imtina edib, onu “şayiə”lər adlandırıb.

“Biz bu məsələni müzakirə etməmişik və şayiələri şərh etmirik”, - Lavrov Belarus Xarici İşlər naziri Vladimir Makey ilə danışıqların nəticələrinə dair baş tutmuş mətbuat konfransı zamanı müvafiq suala cavab verərək deyib.
Bundan əvvəl Türkiyə prezidenti istisna etməyib ki, ötən gün Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılmasından söhbət gedə bilər.

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən çərşənbə axşamı günü imzalanmış Şuşa Bəyannaməsinin mətnində xüsusən qeyd olunub ki, üçüncü dövlət tərəfindən təhdid və ya təcavüz halında iki tərəf birlikdə fəaliyyət göstərəcək və tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi istiqamətində müasir tələblərə uyğun olaraq birgə səyləri davam etdirəcəklər.

Təxminən bənzər müqaviləni də Sovet İttifaqının dağılmasından bir neçə il sonra Ermənistan Rusiya ilə imzalamışdı. Ermənistana qarşı müttəfiqlik öhdəliklərinə baxmayaraq, Rusiya bu müharibə zamanı “neytral vasitəçi” rolunu üzərinə götürməyə və sonra, nəhayət, öz sülhməramlılarını Qarabağda yerləşdirməyə müvəffəq olub.

Ermənistandakı ekspertlər Lavrovun bəyanatından narahatlıqlarını qeyd edirlər.

Erməni ekspertlərdən biri yazır ki, Moskvanın davranışına görə Türkiyə artıq Azərbaycanda hərbi baza yerləşdirmək haqqında açıq şəkildə danışır, Lavrov isə bunları “şayiələr” hesab edir.

“Bəs Saakaşvili Gürcüstanda NATO-ya üzv olma məqsədləri haqqında danışanda Moskva özünü necə aparırdı və fəaliyyət göstərirdi?

Həmin Rusiya əsəbi şəkildə bəyan edirdi ki, öz sərhədləri yaxınlığında NATO-nun aktivləşməsinə imkan verməyəcək. Bəs niyə bu gün Türkiyə prezidenti Azərbaycanda Türkiyə hərbi bazası qurmaq istədiklərini açıq şəkildə bildirdikdə Lavrov təhlükəni görmür? Halbuki rusiyalı ekspertlər həyəcan təbili çalırlar ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini itirir.

Azərbaycanda mümkün Türkiyə hərbi bazası haqqında bəyanatdan sonra rusiyalı deputatlar və ekspertlər həyəcan təbili çalırlar ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini itirir və NATO-nun üzvü olan ölkənin Azərbaycanda hərbi bazaya sahib olması Rusiya üçün ciddi təhlükədir ”, - deyə erməni ekspert öz məqaləsində yazıb.

Daha bir postsovet respublikası, yəni Azərbaycan NATO-nun üzvü ola bilər. Dövlət Dumasının müdafiə komitəsində düşünürlər ki, NATO-nun ən köhnə üzvlərindən biri olan Türkiyə ilə çoxlu sayda hərbi təlimlərdən və hətta hərbi əməliyyatlardan sonra NATO-ya üzv olmaq Bakı üçün yalnız zaman məsələsidir

“Ekspertlər bənzər qiymətləndirmələrdə daha təmkinlidirlər, lakin qəbul edirlər ki, Türkiyə prezidenti həqiqətən Azərbaycanda hərbi baza yerləşdirsə, Rusiyanın reaksiyası olduqca mənfi olacaq”, - deyə “gazeta.ru” yazıb və Dövlət Dumasının müdafiə komitəsinin sədrinin müavini Aleksandr Şerinin sözlərini sitat gətirib: “Azərbaycanın Türkiyə ordusu ilə KTMT üzvünə qarşı birlikdə döyüşdüyü andan başlayaraq Azərbaycanı faktiki olaraq NATO üzvü hesab etmək olar. De-yure üzvlük sadəcə zaman məsələsidir”.

Sadəcə qeyd edək ki, 44 günlük müharibəyə qədər nə Azərbaycan, nə də Türkiyə Azərbaycan ərazisində Türkiyə hərbi bazası yerləşdirməyin, nəzəri olsa belə, mümkünlüyü haqqında danışmırdı, üstəlik, Moskva mütəmadi olaraq KTMT və Avrasiya İqtisadi Birliyinə Azərbaycanın üzvlüyünün mümkünlüyü haqqında danışırdı. Vətən Müharibəsi isə regiondakı konfiqurasiyanı dəyişdirdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Lavrovun pıçıltıları və Şuşa Bəyannaməsinin ilk çiçəyi – Vətən Müharibəsi regiondakı bütün planları alt-üst etdi

2021/05/111-1622198527.jpg
Oxunub: 2058     17:09     22 İyun 2021    

Bizi "telegram"da izləyin