“Seçkilərdən əvvəl güc strukturlarına bonus formasında böyük məbləğlər paylanıb” - Köçəryan

2021/06/Untit-1623921398.jpg
Oxunub: 424     13:45     22 İyun 2021    
“Məlumatlar var ki, seçkilərdən əvvəl güc strukturlarına böyük məbləğlər paylanıb”.

Ordu.az xəbər verir ki, bunu iyunun 22-də baş tutmuş mətbuat konfransında Ermənistanın “Hayastan” blokunun lideri Robert Köçəryan deyib.

“Məsələn, Milli Təhlükəsizlik Xidmətinin bütün zabit heyəti bonuslar formasında böyük məbləğlər alıb. Biz sənədlər təqdim edəcəyik”, - deyə o qeyd edib.

Köçəryanın sözlərinə görə, seçkilərlə əlaqələndirməmək üçün bunu heç olmasa seçkilərdən sonra etmək olardı.

“Təbliğat kampaniyası çox qısa idi. Bir-iki həftə artıq təbliğat kampaniyası olsaydı, biz bu düşüncəni dəyişə bilərdik. Görünür bu, inqilabın son gülləsi idi”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Seçki  


“Seçkilərdən əvvəl güc strukturlarına bonus formasında böyük məbləğlər paylanıb” - Köçəryan

2021/06/Untit-1623921398.jpg
Oxunub: 425     13:45     22 İyun 2021    
“Məlumatlar var ki, seçkilərdən əvvəl güc strukturlarına böyük məbləğlər paylanıb”.

Ordu.az xəbər verir ki, bunu iyunun 22-də baş tutmuş mətbuat konfransında Ermənistanın “Hayastan” blokunun lideri Robert Köçəryan deyib.

“Məsələn, Milli Təhlükəsizlik Xidmətinin bütün zabit heyəti bonuslar formasında böyük məbləğlər alıb. Biz sənədlər təqdim edəcəyik”, - deyə o qeyd edib.

Köçəryanın sözlərinə görə, seçkilərlə əlaqələndirməmək üçün bunu heç olmasa seçkilərdən sonra etmək olardı.

“Təbliğat kampaniyası çox qısa idi. Bir-iki həftə artıq təbliğat kampaniyası olsaydı, biz bu düşüncəni dəyişə bilərdik. Görünür bu, inqilabın son gülləsi idi”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Seçki  


Bizi "telegram"da izləyin