ABŞ F-15 qırıcılarını İsrail istehsalı REM vasitəsi ilə təchiz edəcək

2021/06/16242-1624345103.jpg
Oxunub: 726     17:45     22 İyun 2021    
ABŞ-ın “Boeing” şirkəti F-15 döyüş təyyarələrini İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən iSNS radioelekton mübarizə vasitəsi (REM) ilə təchiz edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi məlumat verib.

Şirkət rəsmisi iSNS sisteminin sərt əməliyyat tələblərinə cavab verdiyini və F-15 qırıcılarının imkanlarını genişləndirmək və inkişaf etdirməkdə faydalı olduğunu bildirib.

iSNS (Peyk Naviqasiya Sistemi) İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Bu sistem GPS sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulan vasitələrə qarşı mübarizə aprmaq üçün nəzərdə tutulub. Sistem peyk rabitəsinə müdaxilə edən vasitələrin qarşısını almağı bacarır.

Modul sistem zirehli texnika, artilleriya sistemləri, PUA, qırıcılar, gəmilər və sualtı qayıqlar da daxil olmaqla geniş dəniz, hava və quru silahlarında istifadə üçün xüsusi olaraq hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


ABŞ F-15 qırıcılarını İsrail istehsalı REM vasitəsi ilə təchiz edəcək

2021/06/16242-1624345103.jpg
Oxunub: 727     17:45     22 İyun 2021    
ABŞ-ın “Boeing” şirkəti F-15 döyüş təyyarələrini İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən iSNS radioelekton mübarizə vasitəsi (REM) ilə təchiz edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi məlumat verib.

Şirkət rəsmisi iSNS sisteminin sərt əməliyyat tələblərinə cavab verdiyini və F-15 qırıcılarının imkanlarını genişləndirmək və inkişaf etdirməkdə faydalı olduğunu bildirib.

iSNS (Peyk Naviqasiya Sistemi) İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Bu sistem GPS sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulan vasitələrə qarşı mübarizə aprmaq üçün nəzərdə tutulub. Sistem peyk rabitəsinə müdaxilə edən vasitələrin qarşısını almağı bacarır.

Modul sistem zirehli texnika, artilleriya sistemləri, PUA, qırıcılar, gəmilər və sualtı qayıqlar da daxil olmaqla geniş dəniz, hava və quru silahlarında istifadə üçün xüsusi olaraq hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail  


Bizi "telegram"da izləyin