Türkiyə hökuməti və ASELSAN arasında HHM sistemləri ilə bağlı 2.6 milyardlıq müqavilə imzalanıb

2021/06/Moder-1624345008.jpg
Oxunub: 527     15:15     22 İyun 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsi və ölkənin ən böyük müdafiə şirkətlərindən biri olan ASELSAN arasında Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

2.6 milyard türk lirəsi dəyəri olan müqavilə çərçivəsində şirkət Türkiyə Silahlı Qüvvələrinə qısa mənzilli HHM sistemləri tədarük edəcək.

Müqavilə çərçivəsində sistemlərin 2023-2024-cü illər arasında tədarük ediləcəyi bildirilir.

Bundan əvvəl tərəflər arasında 2017-ci ildə də qısa mənzilli HHM sistemləri ilə bağlı müqavilə imzalanıb. Yeni müqavilə ilə tədarüklərin ümumi həcmi 5 milyard lirəyə çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Türkiyə hökuməti və ASELSAN arasında HHM sistemləri ilə bağlı 2.6 milyardlıq müqavilə imzalanıb

2021/06/Moder-1624345008.jpg
Oxunub: 528     15:15     22 İyun 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsi və ölkənin ən böyük müdafiə şirkətlərindən biri olan ASELSAN arasında Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə bağlı müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri yazıb.

2.6 milyard türk lirəsi dəyəri olan müqavilə çərçivəsində şirkət Türkiyə Silahlı Qüvvələrinə qısa mənzilli HHM sistemləri tədarük edəcək.

Müqavilə çərçivəsində sistemlərin 2023-2024-cü illər arasında tədarük ediləcəyi bildirilir.

Bundan əvvəl tərəflər arasında 2017-ci ildə də qısa mənzilli HHM sistemləri ilə bağlı müqavilə imzalanıb. Yeni müqavilə ilə tədarüklərin ümumi həcmi 5 milyard lirəyə çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin