İspaniya ordusuna modernləşdirilmiş “Hawk 21” HHM sistemləri təhvil verilib

2021/06/Spani-1624344976.jpg
Oxunub: 512     16:05     22 İyun 2021    
İspaniya ordusuna modernləşdirilmiş “Hawk 21” Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “IndoDefensa” hərbi saytı yazıb.

HHM sistemlərinin Yunanıstanda modernləşdirildiyi bildirilir. Modernləşdirmə nəticəsində sistemlərin istifadə müddəti 2030-cu ilədək uzadılıb.

Modernləşdirmə çərçivəsində HHM sistemlərinin radarları, atıcı qurğusu yenilənib, sistemin elektron komponentləri rəqəmsallaşdırılıb.

ABŞ-ın “Raytheon” şirkəti tərəfindən istehsal edilən “Hawk” orta mənzilli HHM sistemidir. İlk dəfə 1959-cu ildə ABŞ Ordusu tərəfindən istifadə edilməyə başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Hawk  


İspaniya ordusuna modernləşdirilmiş “Hawk 21” HHM sistemləri təhvil verilib

2021/06/Spani-1624344976.jpg
Oxunub: 513     16:05     22 İyun 2021    
İspaniya ordusuna modernləşdirilmiş “Hawk 21” Hava Hücumundan Müdafiə (HHM) sistemləri təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “IndoDefensa” hərbi saytı yazıb.

HHM sistemlərinin Yunanıstanda modernləşdirildiyi bildirilir. Modernləşdirmə nəticəsində sistemlərin istifadə müddəti 2030-cu ilədək uzadılıb.

Modernləşdirmə çərçivəsində HHM sistemlərinin radarları, atıcı qurğusu yenilənib, sistemin elektron komponentləri rəqəmsallaşdırılıb.

ABŞ-ın “Raytheon” şirkəti tərəfindən istehsal edilən “Hawk” orta mənzilli HHM sistemidir. İlk dəfə 1959-cu ildə ABŞ Ordusu tərəfindən istifadə edilməyə başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Hawk  


Bizi "telegram"da izləyin