İsrail ABŞ-ın dəniz piyadalarına “gəzən sursat” tədarük edəcək

2021/06/UVisi-1624344896.jpg
Oxunub: 478     16:23     22 İyun 2021    
ABŞ ordusu Dəniz Piyadaları Korpusuna “Hero-120” adlı “gəzən sursat”lar (kamikadze PUA-lar) tədarük etməsi üçün İsrailin “UVision” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sistem yüngül zirehli nəqliyyat vasitələrinə və uzaq məsafələrdə işləyə bilən insansız dəniz platformlarına inteqrasiya ediləcək.

“Hero-120” ABŞ-ın Dəniz Piyadaları Korpusuna kəşfiyyat, müşahidə, nəzarət, yüksək dəqiqliklə dolayı atəş zərbəsi imkanları təqdim edəcək.

“Hero-120” müasir döyüş sahəsinin kompleks tələblərinə cavab verən orta mənzilli, zireh əleyhinə silah sistemidir. “Hero-120” tanklar, zirehli maşın, beton istehkamlarını məhv etmək üçün nəzərdə tutulan, özünəməxsus aerodinamik quruluşa malik yüksək dəqiqlikli ağıllı “gəzən sursat” sistemidir.

“Hero-120” qısa mənzilli sistemlərdən ən böyüyüdür. 4,5 kq döyüş başlığı daşıyır və 60 dəqiqəlik uzun uçuş müddətinə malikdir. Çəkisi 12,5 kq-dır və 40 km mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


İsrail ABŞ-ın dəniz piyadalarına “gəzən sursat” tədarük edəcək

2021/06/UVisi-1624344896.jpg
Oxunub: 479     16:23     22 İyun 2021    
ABŞ ordusu Dəniz Piyadaları Korpusuna “Hero-120” adlı “gəzən sursat”lar (kamikadze PUA-lar) tədarük etməsi üçün İsrailin “UVision” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Sistem yüngül zirehli nəqliyyat vasitələrinə və uzaq məsafələrdə işləyə bilən insansız dəniz platformlarına inteqrasiya ediləcək.

“Hero-120” ABŞ-ın Dəniz Piyadaları Korpusuna kəşfiyyat, müşahidə, nəzarət, yüksək dəqiqliklə dolayı atəş zərbəsi imkanları təqdim edəcək.

“Hero-120” müasir döyüş sahəsinin kompleks tələblərinə cavab verən orta mənzilli, zireh əleyhinə silah sistemidir. “Hero-120” tanklar, zirehli maşın, beton istehkamlarını məhv etmək üçün nəzərdə tutulan, özünəməxsus aerodinamik quruluşa malik yüksək dəqiqlikli ağıllı “gəzən sursat” sistemidir.

“Hero-120” qısa mənzilli sistemlərdən ən böyüyüdür. 4,5 kq döyüş başlığı daşıyır və 60 dəqiqəlik uzun uçuş müddətinə malikdir. Çəkisi 12,5 kq-dır və 40 km mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin