İsveçrə ABŞ-dan F-35 döyüş təyyarələri ala bilər

2021/06/XPGQE-1624344670.jpg
Oxunub: 461     15:47     22 İyun 2021    
İsveçrə hökuməti bu ay yeni döyüş təyyarələri almaq üçün bir neçə şirkət arasında seçim edəcək.

Ordu.az xəbər verir ki, İsveçrənin SRF kanalı məlumat yayıb.

Qeyd olunur ki, hökumət “Airbus” şirkətinin “Eurofighter”, Fransanın “Dassault” şirkətinin “Rafale”, “Boeing” şirkətinin F/A-18 “Super Hornet” və ya “Lockheed Martin” şirkətinin F-35A təyyarələrindən birini seçməlidir.

SDF kanalı üç mənbəyə istinadən qeyd edib ki, son qərar hələ açıqlanmasa da, hökumət F-35 döyüş təyyarələrini almaqda maraqlıdır.

İsveçrə xalqı ötən ilin sentyabr ayında keçirilən referendumda hökumətin yeni döyüş təyyarələri üçün 6.53 milyard dollar xərcləmək planlarını dəstəkləyib.

İsveçrənin Müdafiə Nazirliyi şərh verməkdən imtina edib.

Yeni alınacaq təyyarələr 2030-cu ilə qədər İsveçrənin F/A-18 “Hornet” təyyarə parkını əvəz edəcək. Yeni təyyarələr 2025-ci ilə qədər istismara verilməlidir.

Kanal qeyd edir ki, İsveçrə Nazirlər Kabinetinin 7 üzvündən ikisi Avropa ölkələrindən təyyarələr alınmasını dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsveçrə   ABŞ   F-35  

İsveçrə ABŞ-dan F-35 döyüş təyyarələri ala bilər

2021/06/XPGQE-1624344670.jpg
Oxunub: 462     15:47     22 İyun 2021    

Bizi "telegram"da izləyin