ABŞ Dövlət Departamenti Ermənistanda keçirilmiş seçkiləri şərh edib

2021/02/16142-1614230438.jpg
Oxunub: 362     10:32     22 İyun 2021    
ABŞ hakimiyyəti iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə qarşılıqlı əlaqələrə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.

“Biz bütün tərəfləri qanunun aliliyi və demokratiya prinsiplərinə hörmətlə yanaşmağa çağırır, həmçinin ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Praysın Dövlət Departamenti tərəfindən dərc edilmiş bəyanatında qeyd edib.

Prays həmçinin keçirilmiş seçkilər münasibətilə Ermənistan əhalisini təbrik edib və “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ümumilikdə müsbət qiymətləndirməsini” alqışladıqlarını bildirib.

Ordu.az.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçkilər  


ABŞ Dövlət Departamenti Ermənistanda keçirilmiş seçkiləri şərh edib

2021/02/16142-1614230438.jpg
Oxunub: 363     10:32     22 İyun 2021    
ABŞ hakimiyyəti iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə qarşılıqlı əlaqələrə ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib.

“Biz bütün tərəfləri qanunun aliliyi və demokratiya prinsiplərinə hörmətlə yanaşmağa çağırır, həmçinin ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Ermənistanın yeni hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik”, - deyə Praysın Dövlət Departamenti tərəfindən dərc edilmiş bəyanatında qeyd edib.

Prays həmçinin keçirilmiş seçkilər münasibətilə Ermənistan əhalisini təbrik edib və “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ümumilikdə müsbət qiymətləndirməsini” alqışladıqlarını bildirib.

Ordu.az.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçkilər  


Bizi "telegram"da izləyin