Çin ordusuna yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib

2018/11/23423-1542004895.jpg
Oxunub: 800     17:23     21 İyun 2021    
Çin Xalq Qurtuluş Ordusunun Hərbi Hava Qüvvələrinə yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin dövlətə məxsus CCTV kanalı yazıb.

Çində istehsal edilən WS-10 mühərrikləri ilə təchiz edilən təyyarələr artıq ilk uçuşlarını həyata keçirib.

Qeyd edək ki, döyüş təyyarələrinin əvvəlki versiyaları rus istehsalı mühərriklərlə təchiz edilmişdi.

J-20 Çinin “Chengdu Aerokosmik şirkəti tərəfindən Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş stels, çoxməqsədli döyüş təyyarəsidir. J-20 ilk uçuşunu 11 yanvar 2011-ci ildə həyata keçirib, 2017-ci ilin martında xidmətə qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-20  


Çin ordusuna yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib

2018/11/23423-1542004895.jpg
Oxunub: 801     17:23     21 İyun 2021    
Çin Xalq Qurtuluş Ordusunun Hərbi Hava Qüvvələrinə yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Çinin dövlətə məxsus CCTV kanalı yazıb.

Çində istehsal edilən WS-10 mühərrikləri ilə təchiz edilən təyyarələr artıq ilk uçuşlarını həyata keçirib.

Qeyd edək ki, döyüş təyyarələrinin əvvəlki versiyaları rus istehsalı mühərriklərlə təchiz edilmişdi.

J-20 Çinin “Chengdu Aerokosmik şirkəti tərəfindən Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş stels, çoxməqsədli döyüş təyyarəsidir. J-20 ilk uçuşunu 11 yanvar 2011-ci ildə həyata keçirib, 2017-ci ilin martında xidmətə qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-20  


Bizi "telegram"da izləyin