Köçəryan Moskvanın müdafiə edilməsi üçün əlverişsiz mövqedə

2021/06/00-67-1624091640.jpg
Oxunub: 1553     13:12     20 İyun 2021    
Ermənistanın sabiq prezidenti Robert Köçəryan rus KİV-lərinə verdiyi müsahibədə Şuşa mövuzusuna toxunaraq bunun çox həssas mövzu olduğunu deyib və qeyd edib ki, Şuşada Arayik Harutyunyanın “andiçmə mərasimini” təşkil etmək lazım deyildi. Əslində o, bu barədə danışır ki, bununla Azərbaycanı qıcıqlandırıblar və belə demək mümkünsə, Şuşa məsələsi “şərəf” məsələsinə çevrilib.

Köçəryan rus KİV-ləri ilə bu barədə danışan zaman ermənilərin istifadə etdiyi qondarma “Şuşi” sözündən yox, Şuşa variantından istifadə etməsi xüsusi diqqət çəkib. Bu, düşüncədir, şüuraltıdır. Mövcud reallıqlara daha şüurlu şəkildə toxunaq.

Belə bir fikir yayılıb ki, Harutyunyanın “andiçmə mərasimi” müharibənin təhrik edilməsi və ya ümumiyyətlə Şuşa məsələsində hansısa əhəmiyyətə sahib olub.

Ermənistanın nüfuzlu “1in.am” nəşri yazır ki, baş verənlər haqqında bu səviyyədə mülahizələr həddindən artıq qeyri-adekvatlığın təzahüründən başqa bir şey deyil, əlbəttə, əgər bu, qəsdən saxtalaşdırma deyilsə...

“Ötən aylarda bəzi sənəd sızmalarından, nəşrlərdən məlum olduğu kimi, hələ prezident Köçəryanın dövründə danışıq müzakirələrində sənədləşdirilmiş variantlarda Şuşa rayonunun ayrıca, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar şəkildə nəzərdən keçirilməsi mövcud olub.

Erməni tərəfi ən azından bu məsələləri müzakirə edib, əks halda danışıq tarixinin sənədləşdirilmiş versiyalarında bunlar yer tapmazdı. Üstəlik indi də bu məntiqlə müharibədən sonrakı mərhələni və onda olan “Zəngəzur dəhlizi” məsələsini davam edir.

Çünki məhz Köçəryan özü də etiraf edib ki, Mehridən “suveren yol” məsələsini müzakirə edib. Təkrar edək, razılığa gəldiyi, gəlmədiyi və ya hansı konfiqurasiya ilə razılaşma olduğu vacib deyil. Məsələlər müzakirə edilib və Azərbaycana “X” anında bu müzakirələrə istinad etmək imkanı veriblər.

Bu nəhəng dərinlikdən diqqəti andiçmə mərasiminin səthinə çıxarmaq bir tərəfdən bu “bədnam baza” üçün məsuliyyətdən yayınmaqdan və əlbəttə, Rusiyanın məsuliyyətini doğrultmaqdan başqa bir şey deyil. Nə də olsa aydındır ki, Ərdoğanın Şuşaya doğru yolunu Ermənistan bağlaya bilməyəcəkdi, Ermənistan obyektiv olaraq bu potensiala sahib deyildi”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Köçəryan Moskvanın müdafiə edilməsi üçün əlverişsiz mövqedə

2021/06/00-67-1624091640.jpg
Oxunub: 1554     13:12     20 İyun 2021    

Bizi "telegram"da izləyin