“Məğlubiyyətdən sonra vətəndaş toqquşmaları ilə gedən seçkilər olsa Ermənistanı itirə bilərik” - Petrosyan

2021/04/pet-1617445879.jpg
Oxunub: 1693     16:07     19 İyun 2021    
“Ciddi olmaq anı haqqında danışırıq və mən düşünürəm ki, bu da artıq köhnəlmiş bir fikirdir, çünki biz ən acı məğlubiyyətə uğramışıq və bu, birinci bədbəxtlikdir və 2-ci bədbəxtlik bu seçkilər ola bilər, çünki bu seçkilərə hansı qüvvələrin cəlb edildiyini görürük”.

Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının tərəfdarları ilə görüş zamanı partiyanın rəhbəri və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Qüvvələr sadəcə olaraq bir-birlərinə qarşı müharibə elan ediblər, onlar tərəfindən istənilən macəra mənim üçün gözləniləndir və ciddi olmaq anı artıq köhnəlib, ayılmaq anı gəlib, çünki əvvəlki məğlubiyyətdən sonra ciddi vətəndaş toqquşmaları ilə gedən seçkilər olsa, aşağıdakını söyləmək olar. Son müharibədə Qarabağı itirdik, bu seçkilərdən sonra Ermənistanı itirə bilərik”, - deyə Levon Ter-Petrosyan qeyd edib.

Petrosyan onu da vurğulayıb ki, ədalətli və normal seçkilər olsa, onların partiyası Ermənistan parlamentinə keçəcək.

“Ermənistanın iki prezidentinə təklif etdiyimi həyata keçirsəydik, bu çətin vəziyyətdən çıxmağımız üçün yaxşı imkana sahib olardıq”, - deyə Petrosyan bildirib.

O xatırladıb ki, söhbət Robert Köçəryan və Serj Sarkisyanın heç kimin heç bir vəzifəyə namizəd olmaması şərtilə şəxsən birləşmək təklifindən gedir.

“Mənim təklifim qəbul edilsəydi, Paşinyan 1-2 həftə ərzində Ermənistandan qaçardı”, - deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçkilər   Petrosyan  


“Məğlubiyyətdən sonra vətəndaş toqquşmaları ilə gedən seçkilər olsa Ermənistanı itirə bilərik” - Petrosyan

2021/04/pet-1617445879.jpg
Oxunub: 1694     16:07     19 İyun 2021    
“Ciddi olmaq anı haqqında danışırıq və mən düşünürəm ki, bu da artıq köhnəlmiş bir fikirdir, çünki biz ən acı məğlubiyyətə uğramışıq və bu, birinci bədbəxtlikdir və 2-ci bədbəxtlik bu seçkilər ola bilər, çünki bu seçkilərə hansı qüvvələrin cəlb edildiyini görürük”.

Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının tərəfdarları ilə görüş zamanı partiyanın rəhbəri və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Qüvvələr sadəcə olaraq bir-birlərinə qarşı müharibə elan ediblər, onlar tərəfindən istənilən macəra mənim üçün gözləniləndir və ciddi olmaq anı artıq köhnəlib, ayılmaq anı gəlib, çünki əvvəlki məğlubiyyətdən sonra ciddi vətəndaş toqquşmaları ilə gedən seçkilər olsa, aşağıdakını söyləmək olar. Son müharibədə Qarabağı itirdik, bu seçkilərdən sonra Ermənistanı itirə bilərik”, - deyə Levon Ter-Petrosyan qeyd edib.

Petrosyan onu da vurğulayıb ki, ədalətli və normal seçkilər olsa, onların partiyası Ermənistan parlamentinə keçəcək.

“Ermənistanın iki prezidentinə təklif etdiyimi həyata keçirsəydik, bu çətin vəziyyətdən çıxmağımız üçün yaxşı imkana sahib olardıq”, - deyə Petrosyan bildirib.

O xatırladıb ki, söhbət Robert Köçəryan və Serj Sarkisyanın heç kimin heç bir vəzifəyə namizəd olmaması şərtilə şəxsən birləşmək təklifindən gedir.

“Mənim təklifim qəbul edilsəydi, Paşinyan 1-2 həftə ərzində Ermənistandan qaçardı”, - deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçkilər   Petrosyan  


Bizi "telegram"da izləyin