KXDR-yə məxsus haker qrupu Cənubi Koreyanın nüvə tədqiqat mərkəzinə kiberhücum təşkil edib

2021/06/DY7SM-1624081592.jpg
Oxunub: 793     12:24     19 İyun 2021    
Şimali Koreyaya məxsus “Kimsuky” kimi tanınan haker qrupu Cənubi Koreyanın dövlətə məxsus nüvə araşdırmaları ilə məşğul olan düşüncə mərkəzinin şəbəkəsinə kiberhücum təşkil edib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın parlament kəşfiyyat komitəsinin üzvü Ha Tae-keunq məlumat verib.

Koreya Atom Enerjisi Tədqiqat İnstitutunun saytı da daxil olmaqla ümumilikdə 13 internet ünvanını əhatə edən hücum mayın 14-də baş verib.

Şimali Koreyanın Kəşfiyyat Bürosu ilə əlaqəli olduğu bildirilən haker qrupu bundan əvvəl Cənubi Koreyanın COVID-19 peyvəndi istehsalçılarını və dövlətin nüvə reaktoru operatorunu hədəf almışdı.

“Məlumatların Şimali Koreyaya sızması halında ciddi təhlükəsizlik riskləri yarana bilər, çünki İnstitut reaktorlar da daxil olmaqla nüvə texnologiyasını öyrənən ölkənin ən böyük düşüncə mərkəzidir”, - deyə Tae-keunq bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Koreya  


KXDR-yə məxsus haker qrupu Cənubi Koreyanın nüvə tədqiqat mərkəzinə kiberhücum təşkil edib

2021/06/DY7SM-1624081592.jpg
Oxunub: 794     12:24     19 İyun 2021    
Şimali Koreyaya məxsus “Kimsuky” kimi tanınan haker qrupu Cənubi Koreyanın dövlətə məxsus nüvə araşdırmaları ilə məşğul olan düşüncə mərkəzinin şəbəkəsinə kiberhücum təşkil edib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın parlament kəşfiyyat komitəsinin üzvü Ha Tae-keunq məlumat verib.

Koreya Atom Enerjisi Tədqiqat İnstitutunun saytı da daxil olmaqla ümumilikdə 13 internet ünvanını əhatə edən hücum mayın 14-də baş verib.

Şimali Koreyanın Kəşfiyyat Bürosu ilə əlaqəli olduğu bildirilən haker qrupu bundan əvvəl Cənubi Koreyanın COVID-19 peyvəndi istehsalçılarını və dövlətin nüvə reaktoru operatorunu hədəf almışdı.

“Məlumatların Şimali Koreyaya sızması halında ciddi təhlükəsizlik riskləri yarana bilər, çünki İnstitut reaktorlar da daxil olmaqla nüvə texnologiyasını öyrənən ölkənin ən böyük düşüncə mərkəzidir”, - deyə Tae-keunq bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Koreya  


Bizi "telegram"da izləyin