Azərbaycan Ordusunda atletika və gimnastika üzrə yarışlar keçirilib - FOTOLAR

2021/06/ef551-4872241935.jpg
Oxunub: 475     10:28     19 İyun 2021    
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda atletika və gimnastika üzrə birincilik yarışları keçirildi.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin idman arenasında keçirilən yarışların açılış mərasimində ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himnimiz səsləndirildi. Sonra Vətən müharibəsi zamanı kiçik leytenant hərbi rütbəsi alaraq cəbhəyə yollanan, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin beş kursantının xatirəsi ehtiramla yad edildi və onların keçdiyi döyüş yolu haqqında iştirakçılara geniş məlumat verildi.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev yarış iştirakçılarını salamlayaraq idmançılara uğurlar arzuladı, layiqli idmançıların qalib gələcəyinə əmin olduğunu bildirdi. S.Paşayev Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığına daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd etdi. Bildirildi ki, hərbi idmançılar döyüş hazırlığında, təlim mərkəzlərində göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.

"Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Hərbçilərimizə xarakterik cəldlik, çeviklik və dözümlülük kimi keyfiyyətləri aşılayan bu yarışlar olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, fiziki cəhətdən güclü, çevik olan hərbi qulluqçu döyüş meydanında da uğur qazanacaq", - deyə zabit bildirdi.

Polkovnik onu da vurğuladı ki, yarışların keçirilməsində əsas məqsəd hərbi hissələrdə yüngül atletikanın daha da inkişaf etdirilməsi və bu idman növünün hərbi qulluqçular arasında geniş yayılmasını təbliğ etməkdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından təyin olunmuş hakimlər tərəfindən idarə olunan və beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda 2 qrup olmaqla ümumilikdə 12 komanda iştirak etdi.

Qabaqcadan müəyyən edilmiş qaydalara əsasən, atletika üzrə kişilər 100 və 3000 metrə qaçış, hündürlüyə və uzunluğa tullanma, estafet (4x400), qadınlar isə 100 və 1500 metrə qaçış, estafet (4x100) yarışlarında özlərini sınadılar. Gimnastika üzrə isə turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma və paralel qollarda qolların bükülüb açılması hərəkətləri yerinə yetirildi.

Təntənəli açılış mərasimindən sonra hakimlər tərəfindən iştirakçılara qaçış qaydaları, düzgün tullanış mövqeyi, tullanış texnikasının əsasları haqqında ümumi məlumat verildi.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 100 metr məsafəyə qaçış üzrə "Bərdə" komandasının atleti əsgər Murad Paşayev birinciliyi əldən vermədi. "AAHM" komandasını təmsil edən kursant Toğrul Həsənov ikinci yerə, "Bərdə" komandasından əsgər İxtiyar Həsənov isə üçüncü yerə sahib oldular.

100 metr məsafəyə qaçışda qadın idmançılar da öz güclərini sınadılar. Əzmkarlığa görə kişi idmançılardan geri qalmayan qadınlar arasında "Şəmkir" komandasının idmançısı çavuş Ülkər Sadıqova bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatdı. Əsgər Zəhra Babayeva ("Bərdə") finişə ikinci çataraq gümüş medal qazandı. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin atleti əsgər İlahə Məmmədova isə üçüncü nəticə göstərdi.

Qadınlar həm də 1500 metr məsafədə yarışların medalları uğrunda mübarizə apardılar. Əsgər Pərvanə Heydərova (HHQ) finişə birinci çataraq komandasına vacib xallar qazandırdı. "HHQ" komandasından əsgər Məryəm Ziyadxanova yarışın ikincisi kimi birinciliyin gümüş medalına layiq görüldü. Mayor Cəmilə İrəfiyeva (TTM) bu mübarizədə üçüncü olaraq mükafatçılar sırasında öz yerini təmin etdi.

3000 metr məsafəyə qaçış üzrə kişilər arasında keçirilən yarışda finişə birinci "HHQ" komandasından əsgər Elxan Qasımov çatdı. Cüzi fərqlə əsgər Şamxal Quliyev ("Beyləqan") ikinci, "Şəmkir" komandasından əsgər Tural Məmmədov isə üçüncü oldu.

Yarışların uzunluğa tullanma mərhələsindən öncə hakim idmançılara qaydalar barədə ətraflı məlumat verərək qeyd etdi ki, tullanmalar üçün nəzərdə tutulan çökək qaçış cığırı bərabər səviyyədə qumla doldurulub. "Yarış iştirakçılarına üç cəhd etmək hüququ verilir. Bu cəhdlərdən nəticə olaraq ən yaxşısı hesaba alınacaq".

Yarış haqqında dəqiq məlumatlanan idmançılar sıra ilə öz məharətlərini nümayiş etdirdilər. Yekun nəticəyə əsasən, "Şəmkir" komandasını təmsil edən əsgər Şimşək Əlizadə bütün rəqiblərindən üstün ustalıq nümayiş etdirdi və yarışın qızıl medalçıları sırasına qatıldı. "HHQ" komandasından çavuş Şahmar Şabanov ikinci pillədə qərarlaşdı, "Bərdə" komandasından əsgər Uluxan Savzıyev üçüncü pillədə bürünc medala layiq görüldü.

Hündürlüyə tullanma yarışında "Bərdə" komandasını təmsil edən gizir Samir Xəlilov birinciliyi yenə də əldən verməyərək artıq neçə ildir ki, ardıcıl qazandığı qalibiyyətinin təsadüfi olmadığını bir daha sübut etdi. "AAHM" komandasından kursant Mövlan İmanov ikinci yerə layiq görüldü. "Bərdə" komandasından kiçik çavuş Sərvər Şahverdiyev üçüncü oldu.

İdman azarkeşləri tərəfindən keçirilən komanda xarakterli 4x400 metr məsafəyə estafet yarışları böyük çoşqu ilə izlənildi. İdmançılar ağ xətlərlə ayrılan qaçış cığırlarında "Diqqət!" komandasından sonra yerlərini tutdular. Bütün idmançıların qaçış məsafələrinin bərabər olması üçün onların start yerləri cığırların uzunluğuna uyğun olaraq qabağa çəkildi. Qaydalara əsasən çığırları dəyişmək olmazdı. İdmançılar təyin olunmuş məsafəni qaçaraq əlində tutduğu estafet çubuğunu komanda yoldaşına ötürür, idman çubuğunu alan idmançı isə yarışı davam etdirirdi.

Gərgin mübarizə şəraitində keçən yarışların bu növündə "Bərdə" komandasını təmsil edən dördlük finişə birinci çataraq fəxri kürsünün ən yüksək pilləsində yerlərini təmin etdilər. "AAHM" komandasının idmançıları gümüş medalla kifayətləndilər. "HHQ" komandası isə üçüncü yerə çıxdı.

Qadınların komanda xarakterli 4x100 metr məsafəyə estafet yarışlarında birinci yerə "HHQ" komandası, ikinci yerə "Bərdə" komandası, üçüncü yerə isə "Beyləqan" komandası layiq görüldü.

Gimnastika üzrə yarışlar da maraqla izlənildi. Yarışda iştirak edən "Bərdə" komandasının idmançısı Zaqatala rayonundan hərbi xidmətə çağırılmış əsgər Emin Yaqubov hakimləri və bütün izləyənləri heyrətləndirdi. O, turnikdə aşaraq dayağa qalxma hərəkətini 140 dəfə sərbəst şəkildə yerinə yetirərək böyük fərqlə rəqiblərini üstələyib rekorda imza atmış oldu. "AAHM" komandasının kursantı Kamal Məmmədyarlı ikinci, "HHQ" komandasından gizir Arif Baxşəlizadə isə üçüncü yerdə qərarlaşdılar.

Turnikdə dartınma üzrə özlərini sınayan idmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. "Bərdə" komandasını təmsil edən əsgər Vüsal Müzəffərov birinciliyi əldən vermədi. "AAHM" komandasından kursant Adəm İbrahimli ikinci, "Bərdə" komandasının idmançısı əsgər Tural Əsədov isə üçüncülüklə kifayətləndilər.

Paralel qollarda qolların bükülüb açılması üzrə birincilik üçün də iştirakçılar arasında gərgin mübarizə getdi. "Şəmkir" komandasının layiqli təmsilçisi əsgər Xəyal Cəlilov rəqiblərini üstələyərək birincilik medalına sahib oldu. "Kəşfiyyatçılar" komandasının üzvü əsgər Toğrul Əsgərov ikinci, "Bərdə" komandasından isə əsgər Nəcəf Əlizadə üçüncü yerə sahib oldu.

Yekunda atletika üzrə birinci qrupda ümumi komanda hesabında I yerə "HHQ" komandası yüksələrək kuboka sahib oldu. II yerdə "Bərdə" komandası, III yerdə isə "AAHM" komandası qərarlaşdılar. İkinci qrupda isə I yerə "TTM" komandası, II yerə "Kəşfiyyatçılar" komandası, III yerə isə "Hərbi Polis" komandası layiq görüldülər.

Gimnastika üzrə isə birinci qrupda ümumi komanda hesabında I yerə "Bərdə" komandası, II yerə "AAHM" komandası, III yerə isə "HHQ" komandası sahibləndilər. İkinci qrupda isə I yerə "Kəşfiyyatçılar" komandası, II yerə "Hərbi Polis" komandası, III yerə isə "TTM" komandası layiq görüldülər.

Yarışların bağlanış mərasimində çıxış edən polkovnik Sadiq Paşayev qalib gələn komandaları və idmançıları təbrik etdi, onlara gələcək yarışlarda uğurlar arzuladı.

Yekunda birinci, ikinci və üçüncü yerləri tutan komanda və idmançılara kubok, medal və diplomlar təqdim edildi.

Sonda xatirə şəkilləri çəkildi.

Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Yarış  

Azərbaycan Ordusunda atletika və gimnastika üzrə yarışlar keçirilib - FOTOLAR

2021/06/ef551-4872241935.jpg
Oxunub: 476     10:28     19 İyun 2021    

Bizi "telegram"da izləyin