KİV: ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım planını dayandıra bilər

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 1144     12:09     19 İyun 2021    
Ağ Ev Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardım göstərməyi düşünsə də, planını dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, hazırlanmış yardım paketinə, həmçinin Ukraynaya silahların tədarükü də daxil idi. Xüsusi olaraq ABŞ bu ölkəyə qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemləri, odlu silahlar və tank əleyhinə silahlar təqdim etməyi nəzərdən keçirirdi.

ABŞ Milli Təhlükəsizlik Şurası Ukrayna ilə Rusiya sərhədindəki gərginliyin yumşalmasından sonra, eləcə də ABŞ lideri Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında 16 iyunda Cenevrədə baş tutan görüşdən əvvəl planın icrasını dayandırıb.

“Politico” nəşrinin mənbələrindən birinin dediyinə görə, Ukraynaya yardım imkanı hələlik tam istisna olunmur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


KİV: ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım planını dayandıra bilər

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 1145     12:09     19 İyun 2021    
Ağ Ev Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardım göstərməyi düşünsə də, planını dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, hazırlanmış yardım paketinə, həmçinin Ukraynaya silahların tədarükü də daxil idi. Xüsusi olaraq ABŞ bu ölkəyə qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemləri, odlu silahlar və tank əleyhinə silahlar təqdim etməyi nəzərdən keçirirdi.

ABŞ Milli Təhlükəsizlik Şurası Ukrayna ilə Rusiya sərhədindəki gərginliyin yumşalmasından sonra, eləcə də ABŞ lideri Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında 16 iyunda Cenevrədə baş tutan görüşdən əvvəl planın icrasını dayandırıb.

“Politico” nəşrinin mənbələrindən birinin dediyinə görə, Ukraynaya yardım imkanı hələlik tam istisna olunmur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin