Azərbaycanla Türkiyənin Qafqazda yaratdığı yeni vəziyyət: İrəvanda nə düşünürlər?

2021/01/Untit-1611038880.jpg
Oxunub: 1433     10:32     19 İyun 2021    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış yeni bəyannamə çərçivəsində Azərbaycanda türk hərbi bazasının yaradılmasını istisna etməyib.

“Bazanın yaradılması müddəalarından kənara çıxmır. Bu məsələnin inkişafı mümkündür. Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı məsləhətləşmələr zamanı hazırlana bilər”, - deyə Ərdoğan bildirib.

Üstəlik, onun bu məsələni Bayden-Ərdoğan və Bayden-Putin görüşlərindən sonra qaldırması diqqətəlayiqdir.

Ermənistanın nüfuzlu “1in.am” nəşri yazır ki, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması Rusiyaya qarşı təzyiqdir.

“Ərdoğan beləliklə Bayden-Putin görüşündən müəyyən narazılığına işarə edir, yoxsa bu təzyiq məsələsində Ərdoğanı özünün ABŞ prezidenti ilə görüşü ilhamlandırıb?

Söyləmək çətindir, lakin faktdır ki, Ərdoğan bu hərbi baza məsələsini ortaya qoyur, bunun ətrafında Rusiya-Azərbaycan və Rusiya-Türkiyə müzakirələrinin olacağını bildirir. Üstəlik, Ərdoğanın gündəmi KTMT qapılarının Azərbaycan qarşısında açıq olması ilə bağlı rus sahəsindən səslənmiş başqa bir bəyanat fonunda diqqətəlayiqdir.

Moskva gündəmi belə bir kontekstdə Bakının qarşısına gətirirdi ki, onlar əraziləri qaytarmağa kömək ediblər, Bakı da bəlkə GUAM yaratmaq və birləşmək üçün uzaqlaşdığı KTMT-yə qayıtmalıdır?

İstisna edə bilmərik ki, İlham Əliyev KTMT mövuzusunda rus təzyiqlərinə qarşı çıxmaq üçün Ərdoğandan Türkiyə hərbi bazası məsələsini qaldırmağı xahiş edib.

Bütün hallarda aydındır ki, Ərdoğanın Şuşa səfəri və orada qəbul edilmiş bəyannamə Qafqazda Rusiyaya qarşı Türkiyə-Azərbaycan təzyiqinin yeni dalğasının başlanğıcını qoyur. Rusiya Qərblə əməkdaşlığa gedərək bu təzyiqə qarşı çıxmaqla bağlı qərar qəbul etsə, onda burada Ermənistan üçün kifayət qədər səmərəli siyasi gündəmlər hazırlamaq və irəli sürmək imkanı açıla bilər.

Digər tərəfdən Rusiya ənənəvi yolla, yəni Türkiyə ilə razılaşmaq yolu ilə getsə, burada şübhəsizdir ki, Ermənistan alternativ təhlükəsizlik mexanizmləri məsələsini öz gündəminə gətirməlidir, əks təqdirdə uğurlu və ya uğursuz rus-türk ticarətinin ortasına düşə bilər. Məsələ burasındadır ki, bu ticarətin onlar üçün uğurlu olub-olmamasından asılı olmayaraq, Ermənistan üçün o, bir qayda olaraq böyük və ya kiçik uğursuzluqla başa çatır.

Eyni zamanda, əlbəttə, bu halı Rusiya ilə iş və kombinasiya ilə birləşdirmək Ermənistan üçün çox vacibdir ki, bu, öz növbəsində Rusiyaya qarşı başqa bir təzyiq dalğasına çevrilsin”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə   Qafqaz  

Azərbaycanla Türkiyənin Qafqazda yaratdığı yeni vəziyyət: İrəvanda nə düşünürlər?

2021/01/Untit-1611038880.jpg
Oxunub: 1434     10:32     19 İyun 2021    

Bizi "telegram"da izləyin