Ermənistanda döyülən hərbi polis mayoru ilə bağlı yeni faktlar

2021/06/timth-1624010069.jpg
Oxunub: 592     11:53     19 İyun 2021    
Mayın 30-da Ermənistanda öz evinin həyətində avtomobil saxlayan hərbi polis mayoruna hücum edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitləri birliyi ictimai təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, amansız döyülmə nəticəsində zabit ağır bədən xəsarətləri alaraq təcili yardım maşını, polislərin müşayiəti ilə xəstəxanaya yerləşdirilib.

“Bütün bunları təsdiqləyən video var, avtomobilin dövlət nömrə nişanı müəyyənləşdirilib, cinayət işi açılıb, lakin “şanlı” hüquq-mühafizə orqanları bu günə qədər cinayətkarı aşkara çıxara bilmirlər.

Üstəlik, zərərçəkənlə hər hansı istintaq işi həyata keçirilməyib. Yuxarıda qeyd olunan baş zabit strukturumuzun şura üvlərindən birinin oğludur. Heç olmasa formanın şərəfi naminə bu iş aşkara çıxarılmalı idi.

İyunun 16-da İrəvan şəhər bələdiyyəsindən strukturumuzun qurucularından birinin həyat yolddaşı ilə əlaqə saxlayıblar, qadın şəhər bələdiyyəsinin tabeçiliyi altında fəaliyyət göstərən dövlət müəssisəsinin işçisidir və şəxsi səhifəsində “like”lərlə və ya hər hansı bir başqa şəkildə Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan zabitləri birliyinin nəşrlərinə cavab verməməyi tələb edib.

Qadının çox kəskin, layiqli qarşı çıxması izlənib, şəxsi sahəyə daxil olmaq, öz vətəndaşlıq mövqeyindən vətənin xeyrinə ifadə etməyə mane olmamaq lazım deyil. Rəsminin cavabından atılacaq addımlar bəlli olur”, - deyə açıqlamada qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Döyülmə  

Ermənistanda döyülən hərbi polis mayoru ilə bağlı yeni faktlar

2021/06/timth-1624010069.jpg
Oxunub: 593     11:53     19 İyun 2021    

Bizi "telegram"da izləyin