“Hayeli”: Ermənistan ordusu Paşinyanın oğlunun xilası üçün 1200-dən artıq əsgər və zabiti qurban verib

2021/06/timth-1624009882.jpg
Oxunub: 2558     16:13     18 İyun 2021    
Mətbuatdakı nəşrlərə görə, 2020-ci ilin oktyabrında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qubadlıda hərbi təlimlərdə olub, bundan sonra hərbi qulluqçular onunla birlikdə Cəbrayılın aktiv döyüş zonasına aparılıblar, Aşot Paşinyan isə təhlükəsizlik səbəbindən Cəbrayıldan təxminən 15 kilometr uzaqda olan Xanlıq sektorunda saxlanılıb.

“Hayeli” nəşri yazır ki, o dövrdə Cəbrayıl sektorunda erməni silahlı qüvvələri böyük itkilər veriblər, geri çəkiliblər. Hətta Anna Hakobyan da 2020-ci il oktyabrın 19-da “Facebook” səhifəsində bu fakta toxunub, Vazgen adlı bir erməni əsgər haqqında danışıb.

“Bu zaman mətbuatda versiya yayılıb ki, rəqibin kəşfiyyatı Baş nazirinin oğlunun bu sektorda olması haqqında məlumatlar alıb və bununla əlaqədar bu sektorda intensiv döyüş əməliyyatları, erməni silahlı qüvvələrinin əhəmiyyətli itkiləri olub.

Bu versiyanı mümkün hesab edərək qeyd edə bilərik ki, rəqibin kəşfiyyatı Aşotikə qarşı operativ nəzarət müəyyənləşdirərək birdən-birə iki əsas problemi həll edib:

1. Dəqiq nişangah altına almaqla Ermənistan Silahlı Qüvvələrində ən ciddi itkilərə səbəb olub,

2. Aşotikin mümkün vurulması və ya əsir götürülməsindən dolayı təhlükəsizliyini erməni mühafizəçilərdən başqa, başqaları da təmin ediblər.

Etibarlı məlumatlara əsasən, Türkiyədən gəlmiş milliyətcə erməni vətəndaş bu dəstəyə daxil edilib, bu adam hər an Aşotikin yanında olub, onun təhlükəsizliyinə nəzarət edib. O dövrdə Aşotiklə onun bir neçə silahdaşının kifayət qədər maraq təqdim edən fotosu internetdə geniş yayıldı. Yeri gəlmişkən, xatırladaq ki, erməni ordusu Aşot Paşinyanın xilası üçün 1200-dən artıq əsgər və zabiti qurban verib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

“Hayeli”: Ermənistan ordusu Paşinyanın oğlunun xilası üçün 1200-dən artıq əsgər və zabiti qurban verib

2021/06/timth-1624009882.jpg
Oxunub: 2559     16:13     18 İyun 2021    

Bizi "telegram"da izləyin