“Lockheed” Ukraynaya F-16 döyüş təyyarəsi almağı təklif edib

2021/06/ukrau-1623998383.jpg
Oxunub: 905     17:13     18 İyun 2021    
Dünyanın ən böyük müdafiə şirkəti olan “Lockheed Martin” aviasiya arsenalını modernləşdirməyi planlaşdıran Ukraynaya F-16 “Blok 70/72” döyüş təyyarəsi almağı təklif edib.

Ordu.az xəbər verir ki, təklif Kiyevdə keçirilən Silahlar və Təhlükəsizlik sərgisində edilib.

Ukrayna Sovet istehsalı olan təyyarələr parkını əvəz etmək üçün yeni və ya istifadə edilmiş döyüş təyyarələri almaq istəyir. Ukrayna Hərbi Hava Qüvvələrində hazırda Sovet istehsalı Su-27 və MiQ-29 qırıcıları var.

Şirkət rəsmiləri bildirib ki, “Lockheed” Ukraynaya yeni döyüş təyyarələri verə bilər və ya ikinci əl döyüş təyyarələrini modernləşdirə bilər.

F-16 dünyanın ən uğurlu, döyüşdə sübut edilmiş 4-cü nəsil döyüş təyyarəsi hesab olunur. Bu günə qədər 4588 ədəd F-16 istehsal edilib və bu gün 25 ölkə tərəfindən istismar edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


“Lockheed” Ukraynaya F-16 döyüş təyyarəsi almağı təklif edib

2021/06/ukrau-1623998383.jpg
Oxunub: 906     17:13     18 İyun 2021    
Dünyanın ən böyük müdafiə şirkəti olan “Lockheed Martin” aviasiya arsenalını modernləşdirməyi planlaşdıran Ukraynaya F-16 “Blok 70/72” döyüş təyyarəsi almağı təklif edib.

Ordu.az xəbər verir ki, təklif Kiyevdə keçirilən Silahlar və Təhlükəsizlik sərgisində edilib.

Ukrayna Sovet istehsalı olan təyyarələr parkını əvəz etmək üçün yeni və ya istifadə edilmiş döyüş təyyarələri almaq istəyir. Ukrayna Hərbi Hava Qüvvələrində hazırda Sovet istehsalı Su-27 və MiQ-29 qırıcıları var.

Şirkət rəsmiləri bildirib ki, “Lockheed” Ukraynaya yeni döyüş təyyarələri verə bilər və ya ikinci əl döyüş təyyarələrini modernləşdirə bilər.

F-16 dünyanın ən uğurlu, döyüşdə sübut edilmiş 4-cü nəsil döyüş təyyarəsi hesab olunur. Bu günə qədər 4588 ədəd F-16 istehsal edilib və bu gün 25 ölkə tərəfindən istismar edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin