İsrail Almaniya ordusuna radar sistemləri tədarük edəcək

2021/06/iai-e-1623998312.jpg
Oxunub: 803     14:09     19 İyun 2021    
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinə daxil olan ELTA törəmə şirkəti Almaniya ordusuna 69 ədəd səyyar müşahidə radarları tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Radarların istehsalı və tədarükünü nəzərdə tutan müqavilənin ümumi dəyəri 36 milyon dollardır. Müqaviləyə təlim kursları, təlim materialları və ehtiyat hissələri də daxildir.

Tədarük ediləcək radarların ELM-2180 “Watchguard” olduğu təxmin edilir.

Radarların tədarükünün 2022-ci ildə başlaması və iki il ərzində başa çatması gözlənilir.

Radarların hazırda Alman Ordusu tərəfindən istifadə olunan dörd radar sistemini əvəz edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya  


İsrail Almaniya ordusuna radar sistemləri tədarük edəcək

2021/06/iai-e-1623998312.jpg
Oxunub: 804     14:09     19 İyun 2021    
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinə daxil olan ELTA törəmə şirkəti Almaniya ordusuna 69 ədəd səyyar müşahidə radarları tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Radarların istehsalı və tədarükünü nəzərdə tutan müqavilənin ümumi dəyəri 36 milyon dollardır. Müqaviləyə təlim kursları, təlim materialları və ehtiyat hissələri də daxildir.

Tədarük ediləcək radarların ELM-2180 “Watchguard” olduğu təxmin edilir.

Radarların tədarükünün 2022-ci ildə başlaması və iki il ərzində başa çatması gözlənilir.

Radarların hazırda Alman Ordusu tərəfindən istifadə olunan dörd radar sistemini əvəz edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya  


Bizi "telegram"da izləyin