ABŞ ordusu Afrikadakı təlimlərdə S-400 sistemlərini hədəf alıb

2021/04/44545-1618296469.jpg
Oxunub: 811     19:21     16 İyun 2021    
Mərakeşdə keçirilən “Afrikanın aslanı” hərbi təlimlərində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr Rusiya istehsalı S-400 zenit-raket komplekslərinə qarşı hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, S-400-lərə qarşı simulyasiya edilmiş zərbələrin görüntüləri Pentaqon tərəfindən yayımlanıb.

Zərbələr endirmək üçün hansı silahdan istifadə edildiyi barədə rəsmi məlumat verilməyib.

Qərbi Sahara bölgəsi uğrunda Mərakeşlə mübarizə aparan Əlcəzairin S-400 sistemlərinə sahib olduğu ehtimal edilir. Bir neçə mətbuat orqanı bu ölkənin artıq S-400 aldığını yazıb.

S-400 zenit-raket kompleksləri Rusiyada istehsal edilib. Sistemlər Çin və Türkiyə tərəfindən də alınıb. Bu ilin sonunadək sistemlərin Hindistana tədarükü də baş tutacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   S-400  


ABŞ ordusu Afrikadakı təlimlərdə S-400 sistemlərini hədəf alıb

2021/04/44545-1618296469.jpg
Oxunub: 812     19:21     16 İyun 2021    
Mərakeşdə keçirilən “Afrikanın aslanı” hərbi təlimlərində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr Rusiya istehsalı S-400 zenit-raket komplekslərinə qarşı hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, S-400-lərə qarşı simulyasiya edilmiş zərbələrin görüntüləri Pentaqon tərəfindən yayımlanıb.

Zərbələr endirmək üçün hansı silahdan istifadə edildiyi barədə rəsmi məlumat verilməyib.

Qərbi Sahara bölgəsi uğrunda Mərakeşlə mübarizə aparan Əlcəzairin S-400 sistemlərinə sahib olduğu ehtimal edilir. Bir neçə mətbuat orqanı bu ölkənin artıq S-400 aldığını yazıb.

S-400 zenit-raket kompleksləri Rusiyada istehsal edilib. Sistemlər Çin və Türkiyə tərəfindən də alınıb. Bu ilin sonunadək sistemlərin Hindistana tədarükü də baş tutacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   S-400  


Bizi "telegram"da izləyin