"Məğlub olmuş qüvvə polisin "dubinka"larının altına düşmək istəyir" - Paşinyan

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 499     13:22     15 İyun 2021    
"Camaat, siz hər gün hiss etməlisiniz ki, mən və yüz minlərlə insanlar hər gün sizin arxanızda dayanmışıq. Birdən kimsə bizi təhdid etməyə, yaxşı olacağına işarələr etməyə çalışmasın".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Sisian şəhərində Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Hər bir bənzər cəhd üçün hamınıza və hər birinizə yerindəcə bunlara, bu yalançılara, hamısına polad mandat vermək səlahiyyəti verirəm", - deyə Paşinyan bildirib.

Nikol Paşinyanın bunu deməklə nəyi nəzərdə tutduğu məlum deyil, lakin o, hər dəfə polad mandat haqqında danışarkən hədiyyə aldığı çəkici havada silkələyir.

Paşinyan deyib ki, iyunun 20-də xalq əsgər çörəyini uzun illər oğurlamış generalların cavabını verməlidir.

"İyunun 20-də erməni xalqı əsgər çörəyini Monte Karlo kazinolarında israf etmiş fırıldaqçının cavabını verməlidir", - deyə Paşinyan qeyd edib.

O bildirib ki, seçkilərdə dağıdıcı məğlubiyyətə uğrayacağını artıq dərk edən, məğlub olmuş qüvvə sonrakı seçkilərin legitimliyinə kölgə salmaq üçün polisin "dubinka"larının altına düşmək istəyir: "Biz bunu nəzərə alaraq onlara bu imkanı verməyəcəyik".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Polis  


"Məğlub olmuş qüvvə polisin "dubinka"larının altına düşmək istəyir" - Paşinyan

2021/04/KMO_0-1618646009.jpg
Oxunub: 500     13:22     15 İyun 2021    
"Camaat, siz hər gün hiss etməlisiniz ki, mən və yüz minlərlə insanlar hər gün sizin arxanızda dayanmışıq. Birdən kimsə bizi təhdid etməyə, yaxşı olacağına işarələr etməyə çalışmasın".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Sisian şəhərində Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Hər bir bənzər cəhd üçün hamınıza və hər birinizə yerindəcə bunlara, bu yalançılara, hamısına polad mandat vermək səlahiyyəti verirəm", - deyə Paşinyan bildirib.

Nikol Paşinyanın bunu deməklə nəyi nəzərdə tutduğu məlum deyil, lakin o, hər dəfə polad mandat haqqında danışarkən hədiyyə aldığı çəkici havada silkələyir.

Paşinyan deyib ki, iyunun 20-də xalq əsgər çörəyini uzun illər oğurlamış generalların cavabını verməlidir.

"İyunun 20-də erməni xalqı əsgər çörəyini Monte Karlo kazinolarında israf etmiş fırıldaqçının cavabını verməlidir", - deyə Paşinyan qeyd edib.

O bildirib ki, seçkilərdə dağıdıcı məğlubiyyətə uğrayacağını artıq dərk edən, məğlub olmuş qüvvə sonrakı seçkilərin legitimliyinə kölgə salmaq üçün polisin "dubinka"larının altına düşmək istəyir: "Biz bunu nəzərə alaraq onlara bu imkanı verməyəcəyik".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Polis  


Bizi "telegram"da izləyin