Ermənistanın müharibəni “indulgensiya”ya çevirmək cəhdi

2019/12/00-30-1575976183.jpg
Oxunub: 525     14:38     15 İyun 2021    
Ermənistan parlamentinə növbədənkənar seçki Ermənistanın üç prezidentinin “indulgensiya” (katolik kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma – red.) cəhdinə çevrilib və ya daha doğrusu, onlar 44 günlük müharibəni “indulgensiya”ya çevirməyə çalışırlar, lakin onlar buna nə qədər daha aktiv şəkildə çatmağa çalışırlarsa, onların fəaliyyətinin nəticəsinin bütöv ağırlığı bir o qədər daha fəsahətli olur.

“1in.am” nəşri yazır ki, bu nəticə haqqında danışıq istər-istəməz hazırkı hakimiyyət üçün “alibi”yə (təqsirsizliyi sübut edən danılmaz fakt) çevrilir, bu hakimiyyət ötən üç ildə inqilabi hakimiyyətdən siyasi hakimiyyətə elə də çevrilmədi, lakin Ermənistanı idarə etmiş keçmiş sistem bu məsələdə də özünün böyük statusuna sahibdir.

“Yəni bu sistem özünü qoruyub saxlamaq üçün hər şey edib, ancaq belə demək mümkündürsə, bunu siyasi müxalifət statusunda edib. Bu statusda isə qorunub saxlanılma üçün imkan vermək lazım deyildi ki, Ermənistanda yeni siyasi hakimiyyət formalaşsın. Çünki yeni siyasi hakimiyyət böyük ehtimalla yeni siyasi müxalifətin formalaşması üçün əlverişli mühiti nəzərdə tutacaqdı. Bu, əlbəttə ki, ayrıca bir söhbət və müşahidə mövzusudur.

Keçmiş sistemin fəaliyyətinin nəticəsi hazırkı hakim çoxluq üçün istəmədən “alibi” kimi xidmət etsə də, burada daha dərin zərurətlər var ki, cəmiyyət özünün adekvat qiymətləndirməsini versin və hər hansı bir hakimiyyət formasında bu sistemin yenidən seçilməsinə imkan verməsin”, - deyə məqalədə qeyd olunub.

Müəllif yazır ki, Ermənistan indiki ağrılı mərhələyə məhz bu sistemin zəncirvari fəaliyyəti nəticəsində təkcə ikinci prezidentin yox, həm də birinci prezidentin hakimiyyət dövründən gəlib.

“Nə də olsa, üçüncü prezidentin ikinci prezidentin hakimiyyətdə olmasının nəticəsi olduğu kimi, ikinci prezident birinci prezidentin hakimiyyətdə olmasının nəticəsidir.

Nə də olsa, Ermənistan üçün əsas sual odur ki, niyə Qarabağ (separatçı – red.) hərəkatının həqiqətən intellektual, həqiqətən siyasi, ideoloji müxtəlifliyi ilə diqqət mərkəzinə düşən resurs müstəqil Ermənistanın siyasi sistemini formalaşdırmaq əvəzinə öz yerini müxtəlif cür vasatlıqlara güzəştə getdi?

Əlbəttə, əsas məsuliyyət bu resursu daşıyanların məsuliyyətidir. Bu resursu daşıyanlar öz növlərini, keyfiyyətlərini müdafiə etmək, ölkənin real dövlət elitasının formalaşması işində mübarizə aparmaq üçün faktiki olaraq kifayət qədər həyat qabiliyyətli olmadı. Lakin eyni zamanda hakimiyyəti ən başlanğıcda quran və sağlam siyasi sistemin toxumlarını səpmək üçün cavabdeh olan, lakin əvəzində tamamilə başqa toxumlar səpən insanlar da bunun üçün eyni qədər cavabdehdirlər, Ermənistanın rəqibləri bu toxumlardan Ermənistandan daha çox istifadə etdilər.

Əlbəttə, “vəhşi ayı cinsləri”ni ittiham etmək çox asandır, lakin hansısa bir yerdə bu cinslər yox olmayıblar və hansısa bir yerdə bu “cins”lər dövlət hakimiyyətinin və dövlət elitasının formalaşması uğrunda mübarizədə özlərini təhvil verməyiblər və ya geri çəkilməyiblər. Onlar keyfiyyət baxımından daha yüksək, ideoloji, dövlət şüurlu və dəyər sistemli qrupların və fərdlərin mübarizəyə girdikləri, bu keyfiyyətləri birgəyaşayış normasına çevirmək üçün mübarizə apardıqları yerdə uzaqlaşıblar və ya uğursuz olublar.

Əks təqdirdə, ən yaxşı halda, belə demək mümkünsə, nəzəriyyəçilərə çevriliblər. Əlbəttə, bu, janr çərçivəsində olduqca vacib əhəmiyyətə malikdir, çünki yeni nəsil düşüncəsini formalaşdırmaq iqtidarındadır, ona görə ki, aşağı keyfiyyətli siyasi təbəqələr gündəlik döyüşlərini davam etdirirlər, sadəcə nəzəriyyə ilə məşğul olmurlar, özü də bu məğuliyyətin məqsədi bir çoxları və bəziləri halında sadəcə şəxsi ambisiyanı cəmiyyətin hesabına təmin etməkdir.

Bu mənada bu növbədənkənar parlament seçkisi bəlkə də keçmiş sistemin “günahlarının bağışlanmasını” rədd etmək olmalıdır. Cəmiyyət “etirafçı”, hakim və ya arbitr rolunda yox, həm keyfiyyət, həm ideologiya, həm də məzmun baxımından yenisini tələb edərək tələbkar rolda olmalıdır. Əks təqdirdə cəmiyyət seçkiyə “indulgensiya” verməklə Ermənistanın ötən 30 ilinin səmərəsiz gedişatı üçün cavabdeh olan hansısa bir qüvvəyə, sonra isə özü bunun zərurətinə sahib olacaq. Lakin maksimum, seçki rüşvəti istisna olmaqla hər hansı başqa bir “kağız” verəcək biri olmayacaq”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Ermənistanın müharibəni “indulgensiya”ya çevirmək cəhdi

2019/12/00-30-1575976183.jpg
Oxunub: 526     14:38     15 İyun 2021    

Bizi "telegram"da izləyin