Cənubi Koreya Yaponiya ilə gərginlik fonunda mübahisəli adalar ətrafında hərbi təlimlər keçirir

2021/06/2079-1623740229.jpg
Oxunub: 581     17:52     15 İyun 2021    
Cənubi Koreya ordusu Yaponiyanın da iddia etdiyi bir sıra adalar ətrafında illik hərbi təlimlərə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Seul və Tokyo arasında Yapon dənizində Cənubi Koreyanın Dokdo və Yaponiyanın Takeşima adalarının suverenliyi mövzusunda fikir ayrılığı var.

Onilliklər boyu davam edən ərazi çəkişməsi Cənubi Koreyanın adaları Yaponiya ərazisi kimi qeyd edən Tokio Olimpiadasının veb saytındakı xəritəyə görə etirazını bildirdikdən sonra yenidən alovlandı. Tokio Seulun Olimpiya xəritəsində adaların təsvirini silmək tələbini rədd etdi.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, dəniz, hava və sahil təhlükəsizlik qüvvələri dənizdə təşkil ediləcək təlimlərə qatılacaq.

Seul 1986-cı ildən etibarən adalar ətrafında ildə iki dəfə təlimlər keçirir və bu da Yaponiyanın etirazlarına səbəb olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Yaponiya  


Cənubi Koreya Yaponiya ilə gərginlik fonunda mübahisəli adalar ətrafında hərbi təlimlər keçirir

2021/06/2079-1623740229.jpg
Oxunub: 582     17:52     15 İyun 2021    
Cənubi Koreya ordusu Yaponiyanın da iddia etdiyi bir sıra adalar ətrafında illik hərbi təlimlərə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Seul və Tokyo arasında Yapon dənizində Cənubi Koreyanın Dokdo və Yaponiyanın Takeşima adalarının suverenliyi mövzusunda fikir ayrılığı var.

Onilliklər boyu davam edən ərazi çəkişməsi Cənubi Koreyanın adaları Yaponiya ərazisi kimi qeyd edən Tokio Olimpiadasının veb saytındakı xəritəyə görə etirazını bildirdikdən sonra yenidən alovlandı. Tokio Seulun Olimpiya xəritəsində adaların təsvirini silmək tələbini rədd etdi.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən verilən məlumata görə, dəniz, hava və sahil təhlükəsizlik qüvvələri dənizdə təşkil ediləcək təlimlərə qatılacaq.

Seul 1986-cı ildən etibarən adalar ətrafında ildə iki dəfə təlimlər keçirir və bu da Yaponiyanın etirazlarına səbəb olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Yaponiya  


Bizi "telegram"da izləyin