Çin Livana 100 hərbi texnika tədarük edib

2021/06/livan-1623740181.jpg
Oxunub: 627     17:11     15 İyun 2021    
Çin Livan ordusuna hərbi yardım çərçivəsində 60 ədəd B80VJ və 40 ədəd “Howo” hərbi maşınları tədarük edib.

Ordu.az xəbər verir ki, çatdırılma mərasimi Çinin Livandakı səfiri Qian Mincianın iştirakı ilə həyata keçirilib.

B80VJ Çinin “Beijing Auto” şirkəti tərəfindən dizayn və istehsal edilən dörd təkərli hərbi vasitədir. Hərbi maşın komanda, köməkçi və yüngül hücum vasitəsi funksiyasını yerinə yetirə bilər. Hərbi maşın bir pulemyot və ya yüngül raket buraxılış qurğusu daşıya bilər. Livana göndərilən 60 ədəd maşın isə silahlı deyil.

“Howo” Çinin “Sinotruk” şirkəti tərəfindən istehsal olunan altı təkərli hərbi traktor yük maşınıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Livan  


Çin Livana 100 hərbi texnika tədarük edib

2021/06/livan-1623740181.jpg
Oxunub: 628     17:11     15 İyun 2021    
Çin Livan ordusuna hərbi yardım çərçivəsində 60 ədəd B80VJ və 40 ədəd “Howo” hərbi maşınları tədarük edib.

Ordu.az xəbər verir ki, çatdırılma mərasimi Çinin Livandakı səfiri Qian Mincianın iştirakı ilə həyata keçirilib.

B80VJ Çinin “Beijing Auto” şirkəti tərəfindən dizayn və istehsal edilən dörd təkərli hərbi vasitədir. Hərbi maşın komanda, köməkçi və yüngül hücum vasitəsi funksiyasını yerinə yetirə bilər. Hərbi maşın bir pulemyot və ya yüngül raket buraxılış qurğusu daşıya bilər. Livana göndərilən 60 ədəd maşın isə silahlı deyil.

“Howo” Çinin “Sinotruk” şirkəti tərəfindən istehsal olunan altı təkərli hərbi traktor yük maşınıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Livan  


Bizi "telegram"da izləyin