Piyada Əleyhinə Minalar: Heç vaxt istifadə edilməyən ən təhlükəli mina hansıdır? (ARAŞDIRMA) - II YAZI

2021/06/6666-1623840682.jpg
Oxunub: 3058     11:21     17 İyun 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Piyada əleyhinə minalar nəqliyyat vasitələrinə qarşı istifadə üçün nəzərdə tutulmuş tank əleyhinə minalardan fərqli olaraq insanlara qarşı istifadə üçün hazırlanan mina formasıdır. Piyada əleyhinə mina partlayan mina və ya qəlpələnən mina kimi təsnif edilə bilər. Qəlpələnən minanın dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan formaları da mövcuddur.

Piyada əleyhinə mina adətən düşmən qüvvələrinin maddi-texniki (əsasən tibbi) dəstəyə olan ehtiyacını artırmaq üçün onları öldürmək üçün yox, yaralamaq üçündür. Bəzi piyada əleyhinə minalar zirehli maşınların və ya digər təkərli nəqliyyat vasitələrinin təkərlərini də zədələyə bilir.

Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası 1997-ci ildə Ottova müqaviləsinin imzalanması ilə nəticələndi. Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Üzv dövlətlər konvensiyaya daxil olduqdan sonra 10 il ərzində mövcud minaları da məhv etməlidir. Buna baxmayaraq, bu müqavilə ABŞ, İsrail, Rusiya, Çin Xalq Respublikası, Pakistan və Hindistan da daxil olmaqla bir sıra ölkələr tərəfindən qəbul edilməyib.

Tərkib hissələri

Minanın korpusu

Minanın korpusu onun tərkib hissələrini özündə saxlayır və onu ətraf mühitdən qoruyur. İkinci Dünya Müharibəsi dövründə istifadə edilən minalar kimi poladdan və ya alüminiumdan hazırlanmış korpuslar var idi. Lakin müharibənin ortlarında Britaniya ordusu Polşada istifadə edilən ilk portativ mina detektorlarından istifadə etməyə başladı. Almanlar minaların aşkarlanmasını çətinləşdirmək üçün onları taxtadan və ya şüşədən hazırlamğa başladılar.

Taxta mina Sovet İtttifaqının mühəndisləri tərəfindən 1939-cu ildə, hələ metal detektorları ortaya çıxmazdan əvvəl istifadə edilib. Burada əsas məqsəd metal istifadəsinin azaldılması idi. “PP Mi-D” kimi hazırlanması asan, aşkarlanması çətin olan minalar 1980-ci illərdə istifadə olunmağa davam edirdi. Taxtadan istifadə edilməsinin öz müsbət və mənfi cəhələti var. Taxtalar tez çürüyür və parçalanırdı, torpağın altında bir müddət qaldıqdan sonra qeyri-işlək vəziyyətə gəlirdi. Əsas üstünlüyü müharibələrin başa çatmasından illər sonra lazımsız mülki itkilərə səbəb olma ehtimalının az olması idi.

1950-ci illərdən sonra istehsal olunan minalar ümumiyyətlə mina detektorları tərəfindən aşkarlanmasına mane olmaq üçün plastikdən hazırlanılırdı. Minimum metal minaları adlandırılan bəzi partlayıcı vasitələrdə çox az miqdarda metdaldan istifadə olunurdu. Tamamilə metal olmayan minalar istehsal olunmayıb. Təbiətinə görə, içərisində metal komponentlər olmayan mina metal detektoru ilə aşkarlana bilməz.

Tətikləyici mexanizm

Tətikləyici mexanizmi patlayıcını ya yaylı atəş iynəsi ilə, sürtünməyə həssas pirotexnik tərkibli qurğunu aktivləşdirməklə, ya da içərisindən elektrik yükünü keçirməklə işə salmaq üçün nəzərdə tutulub. Mexanizm minadakı əsas partlayıcı maddəni işə salmaq üçün hazırlanıb.

Əksər qurbanlar minaların üzərinə basarkən tətikləyici mexanizm minanı aktivləşdirir. Tipik olaraq, detonator qurğuşun azidin kiçik qranulunu ehtiva edir. Tətikləyici hər hansı bir minada ən mürəkkəb komponentdir, baxmayaraq ki, sadə tətikləyici mexanizminin dizaynı və istehsalı üçün lazım olan səy diyircəkli qələmin yaylı hissəsinə bənzəyir. Daha mürəkkəb nümunələr də var. Məsələn İtalyanın SB-33 minaları tədricən davamlı təzyiqə məruz qalan zaman partlayır, ancaq ani şoka məruz qalsa mexanizm kilidlənə bilər.

Gücləndirici

Gücləndirici tətikləyici şoka məruz qaldıqda asanlıqla aktivləşəcək olduqca həssas partlayıcıdır. Tipik olaraq, noxud ölçülü RDX qranulundan istifadə olunur. Gücləndiricinin məqsədi detonatorun şokunu gücləndirmək və əsas partlayıcı yükü aktivləşdirməkdir.

Əsas hissə

Əsas hissə gücləndirici yüklə partladılan sabit partlayıcıdan ibarətdir. Buna ehtiyac var, çünki tamamilə həssas detonatordan və ya gücləndirici partlayıcıdan mina düzəltmək daha bahalı olacaq, habelə cihazı daha həssas və bununla da təsadüfən partlamağa həssas edəcəkdir. Əksər fuqas minalarında TNT, Kompozisiya B və ya fleqmatik RDX istifadə olunur. ABŞ-ın M14 minalarında 29 qram tetril, Rusiyanın PMN minalarında isə 240 qram TNT istifadə olunur.

Yerləşdirilməsi

Piyada əleyhinə fuqas minaları ən çox yayılmış mina növüdür və tipik olaraq torpağın səthinə yerləşdirilir (yarpaq və ya daşlarla gizlənir) və ya 10-15 sm dərinlikdə torpaq altında basdırılır. Təzyiq nəticəsində, yəni qurban üstünə basdıqda aktivləşdirilir. Onların üzərindən keçən vasitənin təzyiqi ilə də partlaya bilər.

Minalar rəqibin ərzidən istifadəsini məhdudlaşdıran silahlar kimi istifadə üçün nəzərdə tutulub. Bu tip silahlar qarşı-qarşıya gələn hərbi qüvvələrin müəyyən əraziyə girişinin qarşısını alır.

Qəlpəli minalar

Fuqas minaları bir nəfərin ağır yaralanmasına səbəb olmaq üçün hazırlanıb, qəlpəli minalar isə (məsələn, II Dünya Müharibəsi dövründə Almaniyanın “Splittermine” minaları kimi) partlayan zaman geniş əraziyə qəlpələr saçaraq ətrafdakı insanların qəlpələrlə yaralanmasına səbəb olmaq üçün dizayn edilib.

Qəlpəli minalar fuqas minalarından daha böyük və daha ağırdır və çox miqdarda (adətən bir neçə kiloqram) qara metaldan ibarət olur. Beləliklə, ətraf mühitin dəmirlə çirklənməsindən onun hansı növ mina olduğunu müəyyənləşdirmək mümkündür.

Təsiri

Bu mina növü fuqas minaları ilə müqayisədə daha səmərəli sayılır, çünki qəlpənin saçılması daha böyük ərazini əhatə edir və daha çox şəxsi yaralayır.

Bu minaların qəlpələri, hətta zirehli maşınların təkərlərini deşə, adi hərbi maşınların gövdəsini deşərək içəridəki insanları yaralaya və hətta öldürə bilər. Qəlpəli minalar fuqas minalarına nisbətən daha çox yükə sahib olduqları üçün avtomobilə ciddi ziyan vura bilər.

Qəlpəli minanın növləri

Mıxçalı minalar

Bu minalar (məsələn, Rusiyanın POMZ minalar) tamamilə yer üzündə olur, uyğun hündürlükdə mıxça ilə basdırılır, bitki örtüyü və ya zibil gizlədilir, bir və ya daha çox tellə tətiklənən qəlpəli döyüş başlığı var.

Dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan mina

Dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan minalar kiçik qaldırıcı yükə malikdir ki, aktivləşdirildikdə, partlamadan əvvəl minanın əsas hissəsi sinə hündürlüyündə havaya qalxır və partlayır, qəlpələr daha böyük əraziyə yayılır. ABŞ-ın M16 minaları 200 metr məsafədə yaralanmalara səbəb ola bilər. Polad qəlpələr sıçrayan minaların aşkarlanmasını asanlaşdırdığı üçün bunlarda da minimum metal istifadə edilir.

İstiqamətlənən minalar

İstiqamətlənən qəlpəli minalar (M18 “Claymore” kimi) digər növlərdən fərqli olaraq qəlpələrini məhdud istiqamətə yönəltmək üçün dizayn edilib. Bu minalar partlayışın hədəf bölgəyə və dost qüvvələrdən uzaqlaşmasına yönəldiləcək şəkildə yerləşdirilirlər. Bu minalar hərbi qulluqçuların özlərini qorumalarına imkan verir.

Kustar üsullarla hazırlanan (əldəqayırma) partlayıcı qurğular

XXI əsrin toqquşmalarında piyada əleyhinə kustar üsullarla hazırlanan partlayıcı qurğular hərbi qulluqçuların və mülki şəxslərin yaralanma mənbəyi olaraq minaları əvəz edib. “BMJ Open” jurnalının məlumatına görə, bu qurğuların partlaması nəticəsində yaralanma minalardan daha təhlükəlidir, partlayış əzaların kəsilməsi və aşağı ətrafların itirilməsi ilə nəticələnə bilər. Bunların müharibədə indiyədək görünən ən pis yaralanma halları olduğu bildirilir.

Digər mina növləri

II Dünya Müharibəsi əsnasında Britaniyada alov fuqasları olaraq bilinən əldəqayırma partlayıcı qurğular istehsal edilib. Daha sonra Sovet İttifaqında FOQ-1 adlanan alov minalarını istehsal etdilər. Bu minalar almanlar tərəfindən “Abwehrflammenwerfer 42” odpüskürən silahları istehsal etmək üçün kopyalanıb.

Kimyəvi minalar də hazırlanıb. Bunlar İkinci Dünya Müharibəsi əsnasında Britaniya, ABŞ və Sovet İttifaqı tərəfindən istehsal edilib, lakin heç vaxt istifadə edilməyib. Soyuq müharibə dövründə ABŞ sinir qazı tərkibli M23 kimyəvi minaları istehsal etdi. Mina işə salındıqda ətrafa kimyəvi maddə yayılırdı.

Nümunələr

II Dünya Müharibəsində ortaya çıxan piyada əleyhinə minalar

“S-mine” - Almaniya istehsalı sıçrayan mina, müharibədən sonra geniş şəkildə kopyalanıb
“Glasmine 43”: Almaniyada istehsal edilib, aşkarlanmasını çətinləşdirmək üçün böyük ölçüdə şüşədən hazırlanırdı.
PDM-6 və PMD-7: Sovet İttifaqı tərəfindən istehsal edilib, əsasən ağacdan hazırlanıb.

Müharibədən sonra istehsal edilən minalar

ABŞ

Çınqıl minalar - 1960-70-ci illərdə istehsal edilib. Sadə, hərəkətli hissələri olmayan kiçik minadır. Vyetnam müharibəsi zamanı milyonlarla insan bu minalara düşüb.
M16: Almaniyanın “S-mine” minalarının təkmilləşdirilmiş versiyası.
BLU-43 (Dragontooth), 1970-ci illərdə istehsal edilib. Vyetnam müharibəsi zamanı istifadə edilən havadan atılan minalar
GATOR mina sistemi: AP (BLU-92 / B) və tank əleyhinə minaları əhatə edən müasir dipers sistemi.
M18 “Claymore”: istiqamətlənən mina.
M86 “Pursuit Deterrent Munition”: Təqib edən düşməndən qaçarkən xüsusi təyinatlılar tərəfindən istifadə edilir.

Rusiya

PFM-1 (kəpənək minası, NATO-dakı adı: Mavi Tutuquşu)
POMZ - mıxçalı mina
MON-50 - Amerikanın M18 “Claymore” minalarına bənzəyir.
PMN minaları: minatəmizləmə əməliyyatları zamanı ən çox rast gəlinən minalardan biridir.
MON-200: 12 kiloqram TNT yüklü böyük mina. Yüngül nəqliyyat vasitələrinə qarşı da təsirlidir.

Britaniya

HB 876 mina: 1970-1999-cu illərdə istifadə edilir. Uçuş-enmə zolaqlarının məhv edilməsi üçün nəzərdə tutulub.

Yuqoslaviyada

MRUD: M18 “Claymore”a bənzən mina.

Patentləşdirilməsi

Piyada əleyhinə minalar Avropa Patent Konvensiyasına əsasən patentləşdirilmədən çıxarılan qurğulardır, çünki bu cür ixtiraların nəşri və ya istismarı “ordre public”dir və/və ya əxlaqa ziddir (Maddə 53 (a))

Piyada əleyhinə mina adının tənqidi

Prinston Universitetinin akademiki Rob Nikson minaları təsvir etmək üçün istifadə edilən “piyada əleyhinə” ifadəsi tənqid edir. O, “piyada” sözünün müəyyən bir orduya məxsus olan hərbi qulluqçuya aid olduğunu deyir. Müəllifin sözlərinə görə, mina nəticəsində həlak olan insanların dörddə biri mülki şəxslər, xüsusilə uşaqlardır. O, bu adın ancaq hərbçilərə aid olunduğunu bildirərək daha fərqli ad qoyulmasını dəstəkləyir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mina   PƏM  

Piyada Əleyhinə Minalar: Heç vaxt istifadə edilməyən ən təhlükəli mina hansıdır? (ARAŞDIRMA) - II YAZI

2021/06/6666-1623840682.jpg
Oxunub: 3059     11:21     17 İyun 2021    

Bizi "telegram"da izləyin