Polad Həşimovun şəhid olmasından sonra orduya könüllü yazılan döyüşçü - FOTOLAR

2021/06/12-3247329256.jpg
Oxunub: 634     14:02     14 İyun 2021    
Rəhimli Murad İlqar oğlu 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəsi şəhid Muradın vətənpərvər, xeyirsevər, ailəcanlı, ədalətli vətəndaş olduğunu deyir. Muradın Vətənə olan məhəbbəti lap körpəlikdən bilinir.

Ailəsi deyir ki, Murad iyul döyüşlərində general Polad Həşimovun şəhid olmasından sonra orduya könüllü yazılıb.

Murad evdə iki körpə (5 yaş və 1 yaş 7 aylıq) oğlanlarını qoyub cəbhəyə yollanmışdı. İsrarla, dəfələrlə cəbhəyə göndərilməsini tələb edən Murad istəyinə nail olur. Vətənin azad olunmasında iştirak edir və qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır.

Rəhimli Murad oktyabr ayının 10-da Suqovuşan uğrunda gedən ağır döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Murad şəhadətindən sonra "Vətən uğrunda" medalıyla təltif edilib.

Allah rəhmət eləsin.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəhimli-Murad   Şəhid  


Polad Həşimovun şəhid olmasından sonra orduya könüllü yazılan döyüşçü - FOTOLAR

2021/06/12-3247329256.jpg
Oxunub: 635     14:02     14 İyun 2021    
Rəhimli Murad İlqar oğlu 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəsi şəhid Muradın vətənpərvər, xeyirsevər, ailəcanlı, ədalətli vətəndaş olduğunu deyir. Muradın Vətənə olan məhəbbəti lap körpəlikdən bilinir.

Ailəsi deyir ki, Murad iyul döyüşlərində general Polad Həşimovun şəhid olmasından sonra orduya könüllü yazılıb.

Murad evdə iki körpə (5 yaş və 1 yaş 7 aylıq) oğlanlarını qoyub cəbhəyə yollanmışdı. İsrarla, dəfələrlə cəbhəyə göndərilməsini tələb edən Murad istəyinə nail olur. Vətənin azad olunmasında iştirak edir və qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır.

Rəhimli Murad oktyabr ayının 10-da Suqovuşan uğrunda gedən ağır döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Murad şəhadətindən sonra "Vətən uğrunda" medalıyla təltif edilib.

Allah rəhmət eləsin.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəhimli-Murad   Şəhid  


Bizi "telegram"da izləyin