ABŞ və 15 erməni hərbi əsir: Muradovun get-gəli, Azərbaycan diplomatiyasının qələbəsi

2021/05/89184-1620541156.jpg
Oxunub: 2885     14:21     14 İyun 2021    
Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Məlumata görə, bu, ABŞ və Gürcüstanın vasitəçiliyi ilə reallığa çevrilib. Bu barədə həm Vaşinqton, həm də Tiflis bildirib.

Diqqətəlayiqdir ki, əsirlərin qaytarılması ABŞ dövlət katibi Filip Rikerin regional səfərindən qısa zaman sonra baş tutub. Riker iyunun 6-da regiona, yəni Gürcüstan, Azərbaycan və Ermənistana gəlib. 15 hərbi əsirin qaytarılması və mina xəritələrinin verilməsi Ermənistan və Azərbaycan arasındakı problemi ümumiyyətlə həll etmir. Çünki Ermənistan hələ də digər rayonların mina xəritələrini əlində saxlayır.

ABŞ dövlət katibinin müavininin regional səfəri çərçivəsində 15 erməni əsirin qaytarılması uğuru var, Gürcüstan da bunda iştirak edib. Məgər ABŞ bununla göstərir ki, yeni regional vəziyyətin idarə edilməsi üçün kifayət qədər yüksək potensiala sahibdir? Bu hal onunla diqqətəlayiqdir ki, hələ noyabrın 9-dan sonra ABŞ dövlət katibinin müavini Riker Birləşmiş Ştatların Qafqazın üç ölkəsi ilə iş, onlar arasında əməkdaşlığın təmin edilməsi yanaşmalarını nəzərdən keçirdiyini bəyan etmişdi. Bu yanaşmalar bu ölkələr arasında tərəfdaşlığı, onların suverenliyinin qorunmasını təmin edəcək.

Eyni zamanda sual yaranır ki, Rusiya buna necə yanaşacaq, məgər Moskva ABŞ-ı regiona qaytarmağa imkan verməmək üçün mümkün olanı etməyə çalışanda bundan irəli gələn təhlükələrlə “qısqanclıq” mənzərələri olmayacaq?

Öz növbəsində, bu cür mütləq suallar və nəticələr üçün vəziyyət şübhəsiz ki, eyni deyil, çünki digər tərəfdən həm Rusiyanın, həm də Türkiyənin ABŞ ilə işləmək üçün mümkün rəqabətini nəzərdən keçirə bilərik. Hər halda, bu mənada başqa bir reallıq da diqqətə layiqdir. Bir neçə gün öncə Rusiya prezidenti Putin və Avropa Şurasının sədri Şarl Mişel, eləcə də Rusiya Xarici İşlər naziri Lavrov ilə Almaniya və Fransa Xarici İşlər nazirləri arasında telefon danışıqları baş tutub.

İki telefon danışığı haqqında rəsmi məlumatlarda da qeyd olunurdu ki, tərəflər Qarabağ məsələsini də müzakirə ediblər. Eyni zamanda Vaşinqton bildirib ki, iyunun 14-də baş tutacaq Bayden-Ərdoğan görüşündə də Qarabağ məsələsi müzakirə olunacaq. Məlum olduğu kimi, iyunun 16-da Bayden-Putin görüşü olacaq, bu görüşdən əvvəl Vaşinqton bəyan edib ki, Bayden Putinə ABŞ-ın qayıtdığını başa salacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Qarabağ  

ABŞ və 15 erməni hərbi əsir: Muradovun get-gəli, Azərbaycan diplomatiyasının qələbəsi

2021/05/89184-1620541156.jpg
Oxunub: 2886     14:21     14 İyun 2021    

Bizi "telegram"da izləyin