ABŞ və Böyük Britaniya arasında imzalanan yeni sənəd və Qarabağ

2021/06/6655-1623665176.jpg
Oxunub: 3577     15:03     14 İyun 2021    
Birləşmiş Ştatların prezidenti Co Bayden başlanğıcı ABŞ-ın Avropadakı bəlkə də bir nömrəli müttəfiqi olan Böyük Britaniyadan başlayaraq ilk Avropa turuna çıxıb. Co Bayden və Böyük Britaniya Baş naziri Boris Conson Londonda yeni Atlantika Xartiyasını imzalayıblar və bu, əvvəlki imzalanmanın 80-ci ildönümündə baş verib.

Yeni Atlantika Xartiyası ilə ABŞ və Böyük Britaniya demokratiyanın qorunması və inkişaf etdirilməsi missiyasını və öhdəliyini bir daha təsdiq edirlər, demokratiyaları həm köhnə, həm də yeni risklərdən qoruyacaqlarını qeyd edirlər. Vaşinqton və London həm öz ölkələrində, həm də dünyada demokratiyaların inkişafına dəstək verəcəklərini bir daha təsdiqləyirlər.

Onlar təsbit edirlər ki, açıq cəmiyyət, qanunvericilik, hüquqilik, vətəndaş cəmiyyəti və müstəqil KİV ideyalarını bunları məhv etməyə çalışanlardan qoruyacaqlar. Böyük Britaniya və ABŞ dünyada nüvə təhlükəsi qaldığı müddətcə NATO-nun üzvü olan müttəfiqlər üçün nüvə qalxan dəstəyi olduqlarını bildirirlər.

Eyni zamanda onlar beynəlxalq nizamı möhkəmləndirməyin lazım olduğunu bildirirlər.

“Biz suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli məsələsində birləşmişik”, - xartiyada deyilib. Bu məqam, şübhəsiz ki, Ermənistan üçün daha çox diqqətə layiq və bəlkə əsas məqamlardan biridir.

Yeni Atlantika Xartiyasında London və Vaşinqtonun bunu xatırlatmaması bir tərəfdən, əlbəttə, ərazi bütövlüyünün ali prinsip kimi qəbul ediliyi beynəlxalq münasibətlər kontekstində qanuni görünür.

Xüsusilik odur ki, Qarabağ məsələsində Minsk qrupunun həmsədrliyi formatında ərazi bütövlüyü nəzərdə keçirilib, bunun təmin edilməsi Azərbaycan üçün strateji məsələdir. Eyni zamanda burada olduqca incə bir hal var.

Şübhəsizdir ki, bu prinsiplərin tətbiqi yenə də real siyasətə tabedir, bu səbəbdən lazım olduqda və ya mənafelərdən çıxış edərək prioritet bu və ya digər prinsipə verilir.

Londonda imzalanmış Xartiya isə əslində Vaşinqton və Londonun beynəlxalq sistemin yenidən formalaşdırılması barədə niyyətidir, əslində yeni dünya nizamı haqqında bəyannamədir, bu bəyannamədə dünyanın iki əsas güc mərkəzi, BMT Təhlükəsizlik Şurasının iki əsas üzvü bu dünya nizamının formalaşdırılması işində öz əlamətdar prizmasını elan edir.

Ermənistan ya bu prizmada yer tuta bilir, ya da bundan kənarda qalır, bu halda ağrılı bir şəkildə mümkün risk və nəticələrlə birlikdə, yaxud daha doğrusu bu risk və nəticələrin yeni dalğası ilə kənarda qalır. Çünki Ermənistan Sovet İttifaqından sonra təxminən 30 il ərzində beynəlxalq maraqlar sistemindən ardıcıl şəkildə kənara atıldığından artıq kifayət qədər baha ödəniş edib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Britaniya   Qarabağ  

ABŞ və Böyük Britaniya arasında imzalanan yeni sənəd və Qarabağ

2021/06/6655-1623665176.jpg
Oxunub: 3578     15:03     14 İyun 2021    

Bizi "telegram"da izləyin