Ermənistanda “anklavlar” məsələsinə görə kim məsuliyyət daşıyır?

2020/04/cb667-1586334463.jpg
Oxunub: 749     17:55     14 İyun 2021    
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən günlərdə bildirib ki, keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın onun istefasını tələb etməzdən əvvəl Serj Sarkisyanla telefonla danışıb. Paşinyanın sözlərinə görə, bu söhbət zamanı onun ünvanına nə gəldi deyiblər.

Sarkisyan özü ilə Onik Qasparyan arasındakı telefon danışığı faktını təsdiqləyib və deyib ki, həqiqətən də müharibədən sonra noyabrın sonunda Onik Qasparyan ona zəng edib.

“Bilirsiniz, hamımız söhbətin kimdən getdiyini, kapitulyantın Baş Qərargah rəisi təyin etdiyi, general-leytenant rütbəsi verdiyi Onik Qasparyandan getdiyini anlayırıq. Əlbəttə, bu zaman sərt-kobud sözlər olub, mən hətta söyüş söyüb-söymədiyimi xatırlamıram, nə edəydik, tərifləyəydik, deyəydik ki, yaşayın, “maladets”, vətənimizin yarısını təhvil vermisiniz, 5000 qurban vermisiniz? Səmimi olaraq deməliyəm ki, Onik Qasparyan hərbçilərimizin ən yaxşı sektoruna aid idi. Mən uzun müddət Onik Qasparyanı tanımışam, işlədiyi yerdə öhdəliklərini çox normal yerinə yetirib. Lakin ondan bu qədər vəzifə və rütbələr almış həmyerlisinin mənə zəng etməsinin və narazılığını bildirməsinin gülməli olduğunu düşünmürsünüz”, - deyə o qeyd edib.

Serj Sarkisyanın sözlərinə görə, vacib olan odur ki, məhz hərbi əməliyyatlar zamanı onların hansısa münasibətləri olub və nəticədə düşünülmüş şəkildə məğlubiyyətə gediblər

“Onik Qasparyanın o zaman onun göstərişlərini yerinə yetdirdiyi, yoxsa müstəqil qərarlar qəbul etdiyi araşdırma apardığımız zaman məlum olacaq, araşdırmanı isə biz həyata keçirəcəyik. Onik Qasparyan mənə zəng edəndə söhbət aşağıdakı kimi olub: o, mənə deyir ki, mən Sünikdəyəm və burada çətin vəziyyət var. Mən soruşuram ki, hansı çətin vəziyyət var? Deyir ki, deyəsən biz təhvil verdiyimizdən artığını təhvil verməliyik. Mən də demişəm ki, general rütbələrini ləkələmə, başqa qərarlar qəbul etməyə və ya kapitulyantın imzaladığı sənəddə qeyd edilmiş başqa fəaliyyətləri həyata keçirməyə hər hansı şəkildə töhfə vermək lazım deyil. Qubadlı sektorunda 288 kvadrat kilometr qoşunlarımızın nəzarəti altında idi, heç olmasa bunu təhvil verməsəydik, Sünik az və ya çox təhlükəsiz ola bilərdi”, - deyə o qeyd edib.

Serj Sarkisyan Paşinyanın “anklavlar məsələsi keçmişdə danışıqlar prosesinə həmişə daxil edilib” bəyanatını da təkzib edib.

“Anklavlar məsələsi olmayıb”, - deyə Serj Sarkisyan bildirib. Paşinyanına bəyanatına keçmiş Baş Qərargah rəisi Onik Qasparyan da toxunub.

“Anklavlar mövzusu ətrafında müzakirələri davam etdirmək halında məcburən bəzi mötərizələr açılmalıdır, lakin nəşr edilməsi dövlətimizin maraqlarına geridönməz zərər vuracaq hallar var. Mənasız ittihamlar səslədirmək əvəzinə hərtərəfli araşdırma aparılmalı və hər vəzifəli şəxsin günahkarlıq dərəcəsi müəyyənləşdirilməlidir”, - deyə “ArmLur.am” ilə söhbətdə o deyib.

Qasparyan onu ittiham edənlərə 17 noyabr bəyanatından bir hissəni də xatırladıb: “Hamımız üçün çox ağır şərtləri olan razılaşma həqiqətən də vəziyyətin hərətərəfli qiymətləndirməsi nəticəsində qəbul edilib. Biz çox pis və faciə arasında seçim etməli idik. Çox pisi seçmişik”.

Onik Qasparyanın sözlərinə görə, yaranmış vəziyyətdə onların həqiqətən də başqa variantı yox idi və bəli, o, üçtərəfli bəyanatı imzalamağa çağırır, eyni zamanda qeyd edir ki, danışıq aparmaq və anklavlar bəndini bəyanat layihəsindən çıxarmaq lazımdır.

“Üstəlik, Baş nazir mənim əsaslandırmalarımı qəbul etmədi və yalnız bir neçə saatdan sonra öz siyasi komandası ilə müzakirə etdikdən sonra imzaladı. Bacarardılarsa, qoy imzalamayaydılar. Cəmiyyətin hisləri ilə oynamayın və ən ucuz addımlar atmayın. Bu vəziyyətə niyə çatdığımız və kimin günahı ilə müharibənin oktyabrın 19-da bizim üçün müqayisəedilməz dərəcədə əlverişli şərtlərlə dayandırılmadığı başqa məsələdir. Çox istərdim ki, hakimiyyət nümayəndələri tərəfimdən təqdim edilmiş bütün təklif haqqında həmin bu canfəşanlıqla danışsınlar: müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonrakı dövrdə (o cümlədən Ağdamın əvəzinə Hadrutun qaytarılması məsələsi). Əminəm ki, cəmiyyətin onu narahat edən bütün sualların cavablarını alacağı gün gələcək”, - Onik Qasparyan deyib.

Paşinyan Tavuşda qürurla bildirib ki, o, noyabrın 9-da anklavları təhvil verməkdən imtina edib. O qeyd edib ki, Ermənistan anklavları məsələsi hələ 1999-cu ildən danışıq gündəmində olub. Onun sözlərinə görə, bu yaxınlarda onun tərəfindən dərc edilmiş Mehrinin dəyişdirilməsi sənədində bu barədə xatırladılıb. Paşinyanın iddiasına görə, bu sənəd həm də Vazgen Sarkisyan və Karen Demirtsyanın qətlləri, yəni 27 Oktyabr ilə əlaqəlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Sarkisyan  

Ermənistanda “anklavlar” məsələsinə görə kim məsuliyyət daşıyır?

2020/04/cb667-1586334463.jpg
Oxunub: 750     17:55     14 İyun 2021    

Bizi "telegram"da izləyin