Almaniyalı polkovnik: “Almaniya ordusu Azərbaycanla döyüşsəydi, çətin ki, şansı olardı”

2021/04/thumb-1618644380.jpg
Oxunub: 32091     12:05     14 İyun 2021    
Almaniya ordusu hər keçən gün daha da inkişaf edən zərbə PUA-larının potensial hücumlarına qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Maykl Karlın Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsindəki rolu barədə məqaləsində bildirilib.

"Qəti şəkildə desək, Almaniya Silahlı Qüvvələri bu konkret münaqişədə Azərbaycanla döyüşməli olsaydı, çətin ki, şansı olardı", - Karl əlavə edib.

O deyib ki, Almaniya zərbə və kamikadze PİA-ları kimi silah sistemlərinə qarşı özünü yetərincə müdafiə edə bilməzdi.

"Təkcə Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin olmaması bizim sonumuz olardı. Keçən il Azərbaycan Türkiyə və İsrailin istehsal etdiyi PUA-lar sayəsində Qarabağ ərazilərini geri aldı".

Ekspert Azərbaycanın Ermənistanla müharibədə Türkiyənin "Bayraktar TB-2" və İsrailin "Hermes 900" PUA-larından istifadə etdiyini, bunun da Bakıya hava üstünlüyü qazandırdığını deyib.

Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan texnologiyalara ehtiyacı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Azərbaycan  


Almaniyalı polkovnik: “Almaniya ordusu Azərbaycanla döyüşsəydi, çətin ki, şansı olardı”

2021/04/thumb-1618644380.jpg
Oxunub: 32092     12:05     14 İyun 2021    
Almaniya ordusu hər keçən gün daha da inkişaf edən zərbə PUA-larının potensial hücumlarına qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, polkovnik-leytenant Maykl Karlın Türkiyə və İsrail dronlarının Qarabağ müharibəsindəki rolu barədə məqaləsində bildirilib.

"Qəti şəkildə desək, Almaniya Silahlı Qüvvələri bu konkret münaqişədə Azərbaycanla döyüşməli olsaydı, çətin ki, şansı olardı", - Karl əlavə edib.

O deyib ki, Almaniya zərbə və kamikadze PİA-ları kimi silah sistemlərinə qarşı özünü yetərincə müdafiə edə bilməzdi.

"Təkcə Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin olmaması bizim sonumuz olardı. Keçən il Azərbaycan Türkiyə və İsrailin istehsal etdiyi PUA-lar sayəsində Qarabağ ərazilərini geri aldı".

Ekspert Azərbaycanın Ermənistanla müharibədə Türkiyənin "Bayraktar TB-2" və İsrailin "Hermes 900" PUA-larından istifadə etdiyini, bunun da Bakıya hava üstünlüyü qazandırdığını deyib.

Mütəxəssisin fikrincə, bugünkü qarşıdurmada sağ qalmaq üçün Bundesverin əsasən Almaniyanın sahib olduğu, lakin silahlı qüvvələrdə istifadə olunmayan texnologiyalara ehtiyacı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin