“Onların sözlərinə görə, İcevandan Berd və ya Noyemberyana gedən yol sektorları Azərbaycana keçəcək” - Ohanyan

2021/05/image-1621421652.jpg
Oxunub: 1061     13:00     14 İyun 2021    
“Bu səriştəsiz hakimiyyət tərəfindən nəinki son 30 il ərzində əldə edilmiş bütün dəyərlər rədd edildi, həmçinin savadsız müharibə idarəçiliyi zamanı məğlubiyyətə getdik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Noyemberyan rayonunda “Hayastan” ittifaqının mitinqi zamanı Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan deyib.

“Bu insanların hakimiyyət başında olmasına görə Ermənistan daim diktə altındadır. Təhdidlər nəinki Sünik və Qeğarkunikdədir, həmçinin yavaş-yavaş gəlib Tavuşa yaxınlaşır”, - deyə o qeyd edib.

Ohanyan bildirib ki, ölkənin üzləşdiyi problemlər beynəlxalq platformadadır, ölkənin səlahiyyətliləri ölkəmizin maraqlarını müdafiə etmək üçün hər bir ölkə ilə işləməyə və hər bir qüvvədən, istiqamətdən istifadə etməyə borcludurlar.

“Mən 2016-cı il oktyabrın 3-dən bəri hər hansı dövlət və ya hərbi vəzifədə olmamışam və indi də yoxam. Eşitmişəm komandirləri məcbur ediblər ki, onların şəxsi heyəti seçkilər zamanı öz səslərini hazırkı hakimiyyətin nümayəndələrinə versinlər. Yəni ondan ötrü ki, seçkilərə qədər təbliğ etsinlər. Deyə bilərəm ki, bu, öz ordusuna və öz ordusundakı hərbi hissənin komandirinə qarşı cinayətdir”, - deyə Ohanyan qeyd edib.

Ohanyan əlavə edib ki, Ermənistanın hakimiyyət nümayəndələrinin sözlərinə görə, İcevandan Berd və ya Noyemberyana gedən yol sektorları Azərbaycana keçəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan   Müharibə  


“Onların sözlərinə görə, İcevandan Berd və ya Noyemberyana gedən yol sektorları Azərbaycana keçəcək” - Ohanyan

2021/05/image-1621421652.jpg
Oxunub: 1062     13:00     14 İyun 2021    
“Bu səriştəsiz hakimiyyət tərəfindən nəinki son 30 il ərzində əldə edilmiş bütün dəyərlər rədd edildi, həmçinin savadsız müharibə idarəçiliyi zamanı məğlubiyyətə getdik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Noyemberyan rayonunda “Hayastan” ittifaqının mitinqi zamanı Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan deyib.

“Bu insanların hakimiyyət başında olmasına görə Ermənistan daim diktə altındadır. Təhdidlər nəinki Sünik və Qeğarkunikdədir, həmçinin yavaş-yavaş gəlib Tavuşa yaxınlaşır”, - deyə o qeyd edib.

Ohanyan bildirib ki, ölkənin üzləşdiyi problemlər beynəlxalq platformadadır, ölkənin səlahiyyətliləri ölkəmizin maraqlarını müdafiə etmək üçün hər bir ölkə ilə işləməyə və hər bir qüvvədən, istiqamətdən istifadə etməyə borcludurlar.

“Mən 2016-cı il oktyabrın 3-dən bəri hər hansı dövlət və ya hərbi vəzifədə olmamışam və indi də yoxam. Eşitmişəm komandirləri məcbur ediblər ki, onların şəxsi heyəti seçkilər zamanı öz səslərini hazırkı hakimiyyətin nümayəndələrinə versinlər. Yəni ondan ötrü ki, seçkilərə qədər təbliğ etsinlər. Deyə bilərəm ki, bu, öz ordusuna və öz ordusundakı hərbi hissənin komandirinə qarşı cinayətdir”, - deyə Ohanyan qeyd edib.

Ohanyan əlavə edib ki, Ermənistanın hakimiyyət nümayəndələrinin sözlərinə görə, İcevandan Berd və ya Noyemberyana gedən yol sektorları Azərbaycana keçəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin