SIPRI: Hazırda dünya üzrə 2000-ə yaxın nüvə silahı yüksək hazırlıq vəziyyətindədir

2018/04/234234_1524118802.jpg
Oxunub: 1942     12:41     14 İyun 2021    
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) nüvə silahları ilə bağlı yeni bir hesabat hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə SIPRI-nın saytında məlumat yayılıb.

SIPRI nüvə gücləri arasında vəziyyətin soyuq müharibə dövründə olduğu qədər ciddi olmadığını bildirib. Amma təşkilat qeyd edir ki, əməliyyat bölmələrində yerləşdirilən nüvə silahlarının sayı artıb.

“Soyuq Müharibə bitdikdən sonra dünyanın nüvə silahları azalıb, lakin bu tendensiyanın pozulduğu görünür”, - deyə təşkilat bildirib.

2020 və 2021 arasında hərbi nüvə anbarlarındakı döyüş başlıqlarının sayı təxminən 300 ədəd artıb. Bunlar əməliyyat bölmələrində və hərbi anbarlarda yerləşdirilən nüvə silahlarıdır.

SIPRI bildirib ki, hazırda dünya üzrə 2000-ə yaxın nüvə silahı yüksək hazırlıq vəziyyətindədir, bunların çoxu Rusiya və Amerikadadır.

Çin nüvə silahı ehtiyatlarının əhəmiyyətli dərəcədə modernləşməsi və genişləndirilməsi mərhələsindədir. Hindistan və Pakistan da nüvə silahlarını genişləndirirlər.

Şimali Koreyanın Trampın rəhbərliyi altında ABŞ ilə iki tarixi silahsızlanma zirvəsinə baxmayaraq hərbi nüvə proqramının inkişafına davam etdiyi deyilir.

Doqquz nüvə dövlətinin (ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) ümumi arsenallarının 2021-ci ilin əvvəlində 13.400-dən azalaraq 13.080 döyüş başlığına çatacağı təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SIPRI   Nüvə-silahı  

SIPRI: Hazırda dünya üzrə 2000-ə yaxın nüvə silahı yüksək hazırlıq vəziyyətindədir

2018/04/234234_1524118802.jpg
Oxunub: 1943     12:41     14 İyun 2021    

Bizi "telegram"da izləyin