Ukrayna hava təhdidlərini aşkar edə biləcək ən yeni radarları sınaqdan keçirib

2021/06/80K6K-1623655768.jpg
Oxunub: 511     12:29     14 İyun 2021    
Ukraynanın müdafiə sənayesi sahəsindəki iqtisadi müəssisələrinin çətir təşkilatı “Ukroboronprom” dövlət konserninə məxsus olan “KP NVK Iskra” müəssisəsi hava təhdidlərini aşlar edə biləcək ən yeni radarları sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserninin mətbuat xidməti məlumat yayıb.

80K6KS1 radar sisteminin qəbul sınaqları uğurla tamamlanıb. Təxminən üç ay davam edən sınaqlar Ukrayna Müdafiə Nazirliyinin təsdiq etdiyi proqrama uyğun olaraq həyata keçirilib.

Nəticələrə görə, radar stansiyasının göstərilən taktiki və texniki xüsusiyyətlərə malik olduğu təsdiqlənib. Komissiya avadanlıqların kütləvi istehsalına başlanması və Ukrayna Silahlı Qüvvələrinin inventarına daxil edilməsinə müsbət rəy verib.

Yeni radiolokasiya stansiyasının əsas məqsədləri müəyyən edilmiş ərazidə hava platformalarını aşkarlamaq və izləmək, habelə aşkarladığı platformaların koordinatlarını müəyyənləşdirmək və sürətlərini ölçməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Radar  


Ukrayna hava təhdidlərini aşkar edə biləcək ən yeni radarları sınaqdan keçirib

2021/06/80K6K-1623655768.jpg
Oxunub: 512     12:29     14 İyun 2021    
Ukraynanın müdafiə sənayesi sahəsindəki iqtisadi müəssisələrinin çətir təşkilatı “Ukroboronprom” dövlət konserninə məxsus olan “KP NVK Iskra” müəssisəsi hava təhdidlərini aşlar edə biləcək ən yeni radarları sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserninin mətbuat xidməti məlumat yayıb.

80K6KS1 radar sisteminin qəbul sınaqları uğurla tamamlanıb. Təxminən üç ay davam edən sınaqlar Ukrayna Müdafiə Nazirliyinin təsdiq etdiyi proqrama uyğun olaraq həyata keçirilib.

Nəticələrə görə, radar stansiyasının göstərilən taktiki və texniki xüsusiyyətlərə malik olduğu təsdiqlənib. Komissiya avadanlıqların kütləvi istehsalına başlanması və Ukrayna Silahlı Qüvvələrinin inventarına daxil edilməsinə müsbət rəy verib.

Yeni radiolokasiya stansiyasının əsas məqsədləri müəyyən edilmiş ərazidə hava platformalarını aşkarlamaq və izləmək, habelə aşkarladığı platformaların koordinatlarını müəyyənləşdirmək və sürətlərini ölçməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Radar  


Bizi "telegram"da izləyin